Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    Изображение 002Изображение 008Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını iş yerində qarşılayanlar haqqında material hazır-lamalı idim. Ilk yada düşən hər an əsgər sayıqlığı ilə xalqın xidmətində dayanan yanğınsöndürənlərimiz, polis və səhiyyə işçilərimiz oldu. Bu sahələrdə calışan hər kəsin üzərinə böyük mə-suliyyət düşür, xüsusilə bayram günlərində.
    Bu fikirlə də bayramqabağı rayon Dövlət Yanğından Mühafizə His- səsində olduq Görülmü  işlərlə maraqlandıq. Daxili xidmət polkovnik-leytenantı Mübariz Əliyev və daxili xidmət mayoru Vüqar Nəcəfovla söhbət etdim. Ölkədə aparılan abadlıq və yenidənqurma işləri yanğınsöndürmə hissəsində də özünü aydın şəkildə göstərir. İş və əmək şəraitinin normal qurulmasını, ətrafda, nəzəri-praktik dərslərin keçirildiyi sinif otaqlarında səliqə-səhman diqqəti cəlb edir. Yanğınsöndürənlər nazirlik tərəfindən odadavamlı geyimlərlə təmin olunublar. Onlar yanğın hadisələrinin baş verməsini arzulamırlar. Lakin yanğın hadisələrinin qarşısını almaq üçün bütün səy və bacarıqlarını əsirgəmirlər. Xidmətdə beş yanğınsöndürən maşın vardır ki, onun ikisindən ilk çağırış, üçündən isə yardımçı kimi istifadə edirlər.
    Yanğınsöndürənlərin peşəsi məsuliyyətli və çətin peşədir. Odun, alo-vun içərisinə atılmaq üçün böyük iradə və cəsarət tələb olunur. His-sənin rəhbəri növbədə olan yanğınsöndürən döyüşçülərin adlarını fəxrlə çəkdi. Ramin Quliyev, Vəfadar Həsənov, Namiq Paşayev, Emin Həsənov, Ozal Məmmədli, Faiq Həsənov öz peşə borclarını məsuliyyətlə yerinə yetirirlər. Bu fikirləri yanğından mühafizə hissəsinin hər bir döyüşçüsü haqqında söyləmək olar. Bayram gün-lərində hər gün 14 nəfər növbədə olur ki, onlar da öz peşələrinin mükəmməl əsgərləridirlər. Döyüşçülərimizin fədakarlığı həmişə rəhbərlik tərəfindən qiymətləndirilir və mükafatlandırılır.
    Mübariz müəllim onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi. Bayram günü münasibəti ilə hər kəsi təbrik edərək, yanğınsız və hadisəsiz gün arzuladı. Biz də bu arzulara qoşuluruq. Yeni iliniz mübarək olsun!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:48

    Teqlər:

İsmarıclar bağlıdır.