Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə münaqişədən ziyan çəkmiş Tərtər rayonunda qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirib.

    Tərtər rayon məcburi köçkün qəsəbəsində noyabrın 15-18-ni əhatə edən aksiyada 1500 şəxsin göz müayinəsindən keçməsi nəzərdə tutulur. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tərtər, Bərdə və Ağdam rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim-oftalmoloqlar aksiyaya cəlb olunub. Aksiyada Tərtər rayonunda müvəqqəti məskunlaşmış əsasən ağdamlı, laçınlı və kəlbəcərli məcburi köçkünlər iştirak ediblər. Həkim-oftalmoloqlar tərəfindən yazılan reseptlər əsasında ehtiyacı olan şəxslərə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti tərəfindən ianə olunmuş optik eynəklər paylanılıb. Müayinə nəticəsində tibbi prosedurlar tələb olunan şəxslər isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

    Aksiyanı rəğbətlə qarşılayan məcburi köçkünlər sağlamlıqlarına göstərdikləri qayğıya görə təşkilatçılara təşəkkür ediblər.

    Qeyd edək ki, Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib. COVID-19 pandemiyası səbəbindən ənənəvi aksiyanı 2020-ci ildə reallaşdıra bilməsə də, şirkət BMT-nin Qaçqınlar üzrə Agentliyi vasitəsilə Azərbaycana humanitar dəstəyini davam etdirib. Ötən il olduğu kimi, bu il də “Fuji Optical Co. Ltd.” şirkəti Azərbaycana 3500 ədəd yüksəkkeyfiyyətli optik eynək göndərib.

    Yaponiyanın “Fuji Optical Co. Ltd.” şirkəti 2005-2019-cu illər ərzində Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə 15 humanitar missiya həyata keçirib, 65 mindən artıq yüksək keyfiyyətli eynək ianə etməklə yanaşı, 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan digər insanlar üçün göz müayinələri təşkil edib. Bu müddət ərzində şirkət doktor Akio Kanainin rəhbərliyi ilə Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 3 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

    BMT-nin Qaçqınlar üzrə Agentliyi bütün dünyada qaçqınların himayəsi və onlar üçün həll yollarının tapılması məqsədilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq fəaliyyətlərə rəhbərlik etmək və onları koordinasiya etmək səlahiyyətinə malikdir. Qurum Azərbaycanda 1992-ci ilin dekabrından fəaliyyət göstərir.

     

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.