Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    Meymun ili-1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004,
    2016-cı illərdə doğulan insanların ilidir

    qocQoç – Harmoniya və sabitlik gözlənilir. Yalnız ifratlardan uzaq olmaq məsləhətdir. İş fəaliyyətində yaxşılığa doğru dəyişikliklər olacaq. Şəxsi həyatda sakitlik, ilin sonuna yaxın böyük mənfəət gözlənilir. Sağlamlıq 2016-ci ildə yaxşı olacaq. Qısamüddətli enmələr böyük zərər gətirməyəcək.
    bugaBuğa – İşdə yüksəlişlər vəd edilir. Mükafatlanma gözlənilir. Sağ- lamlığa və qidalanmaya diqqət edilməlidir. Şəxsi həyatlarında da münasibətlərin düzələcəyi gözlənilir. Bu ildə ailə, qohum dəstəyi də sizinlə olacaq. Həmçinin düzgün qidalanmaq və vaxtında həkimə getmək lazımdır.
    ekizlerƏkizlər – Bütün tutduğu işlər uğurla nəticələnəcək. Keçən ilə nis-bətən 2016-cı ildə ailəyə diqqəti artırmaq lazımdır. Pul problemi bu ildə qaydasında olacaq. Gəlirlərin və karyeranın yüksəkliyi gözlənilir. Əkizlərin şəxsi həyatında diqqət yaranacaq. Hədiyyələr, görüşlər artacaq. Lakin tənha əkizlər tale yoldaşlarını tapmaqda çətinlik çəkəcəklər. 2016-cı ildə əkizlərin sağlamlığı özlərindən asılı olacaq.
    xercengXərçəng – Bu il çox işləməli olacaqlar. İlin axırında çəkdikləri əziy-yətin bəhrəsini görəcəklər. Şəxsi həyatındakı insanla stabillik, sakitlik gözlənilir. Subay xərçənglər öz yarılarını bu ildə tapacaqlar. Kredit götürməkdən qorxmayın, çünki ilin sonuna kimi hamısını qaytara-caqsınız. İlin sonu çəkilmiş əziyyətə görə gərginlikdən çıxmaq üçün istirahət etmək lazımdır.
    sirŞir – Əziyyət çəkməyəcəklər. Peşə üçün fəallığa maneə yaranmayacaq. İşi ona zövq verəcək və nəticəsi böyük olacaq. Çılğınlıqları bu il kənara qoymaq lazımdır. Çünki bilmədən səhvlərə yol verə bilərlər. Şəxsi həyatınızda əsaslı dəyişikliklər olacaq. Maliyyə məsələləri qaydasına düşəcək.
    qizQız – Bu il çox çalışmalı olacaqlar. Baxmayaraq ki, maneələri aradan qaldırmaq üçün il öz köməyini göstərəcək. İşdə yeni əlaqələr və tanışlıqlar yaranacaq. Romantika və şəxsi həyat dərinləşəcək. 2016-cı ilin ikinci yarısı daha çox şans vəd edir. Həssas insanlar əsəbdən uzaqlaşmaq üçün istirahətdən yayınmamalıdırlar.
    tereziTərəzi– ­2016-cı il tərəzilər üçün uğurlu il olacaq. Karyeralarında 1-2 pillə yüksəliş gözlənilir. Şəxsi həyatında Meymun ili yeni heç nə vəd etmir. Maddi vəziyyət yaxşılaşacaq, sevgi ikinci plana keçəcək. Subay tərəzilər taleləri üçün ilin sonunda axtarışa çıxsalar, yaxşıdır. Ailəlilərin isə bəxti gətirib, ilin sonuna kimi sakitlik olacaq. Özünü yaxşı hiss etdiyinə görə, il boyu gümrah olacaqlar. Yüngül soyuqdəymə əhvallarını pozmayacaq.
    eqrebƏqrəb – Gələn il əqrəblərin həyatında cürbəcür dəyişikliklər olacaq. Əvvəldən nəzərdə tutulan planları israrla gerçəkləşdirməyə çalışmalıdırlar. Aktiv əqrəblər çox şeyə nail olacaqlar. Evlilər arasındakı soyuq münasibətlər istiləşəcək və sürprizlər yaranacaq. Sağlamlıqları qaydasında olacaq.
    oxatanOxatan – Karyerada yüksəliş gözlənilir. Oxatan zəhməti sayəsində öz iş prosesindən zövq alacaq. Ancaq həmkarları arasında soyuqluq yaranacaq. Bu mühitə öyrəşmək lazımdır. Ailə münasibətləri rəvanlaşacaq. Oxatanların maliyyə ehtiyacı olmayacaq. Sağlamlığa diqqət etmək lazımdır. Ulduzlar oxatanlara dəniz səyahətləri tövsiyə edir.
    oglaqOğlaq – Əmin- amanlıq və dinclik gələcək. İş fəaliyyətində biznes təklifləri olacaq. Məhəbbət iztirabları gözlənilmir. Subay oğlaqlar da öz yarılarını ilin axırına kimi tapacaqlar. İstirahətə də vaxt ayırmaq lazımdır. Yoxsa, gərgin iş rejimi oğlaqlara əsəb və narahatçılıq verəcək. Həmçinin ulduzlar onlara həzm sistiminə və qaraciyərə diq-qət etməyi tövsiyə edir.
    dolcaDolça – Enerjili və aktiv olacaqlar. İşdə yaxşılığa doğru dəyişikliklər gözlənilir. Məqsədə doğru getmək lazımdır. Çünki uğurla nəticələnəcək. Tərəfdaşla münasibət yüksələcək. Sağlamlıqda əsasən əsəb sistemini qorumaq lazımdır. Bu il ulduzlar zərərli yağlı qidalar və spirtli içkilərdən uzaq durmağı məsləhət görürlər.
    balıqlarBalıq – Balıqları sakitlik gözləyir. İşlərinə dəstək olunacaq. Ailə bağlantılarında möhkəmlik, sabitlik hökm sürəcək. Subay balıqların bu il yarılarını tapmaqda yüksək şansları olacaq. Meymun ilində qidalarına diqqət etməlidirlər. Artıq bu ildən düzgün həyat rejiminə və idmana yer verməlidirlər. .

    Müəllif: Redaktor, 10:05

    Teqlər:

İsmarıclar bağlıdır.