Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    “Əziz ŞuŞa, sən azadsan!” müsabiqəsinin respublika final mərhələsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 noyabr 2022-ci il tarixli əmri ilə təltif edilənlər arasında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri də yer alıb. Onlardan biri də III dərəcəli diplomla təltif olunan Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Nilufər Zeynalzadədir. Bu münasibətlə Nilufəri və onun uğurunda payı olan hər kəsi təbrik edir və müsabiqədə yer tutan inşa yazını oxucularımızın diqqətinə çatdırırıq.

    Şuşa! Şuşa deyiləndə ağıla ilk nə gəlir? Şadlıq, sevinc, qürur, zaman-zaman həsrət, hicran, ayrılıq. Şuşa beşiyi dağlar, örpəyi duman, laylası “Şuşanın dağları” olan bir uşaqdır sanki. Otuz il yad əllərdə böyüdü Şuşa. Bu otuz il ərzində elə bil günəş heç doğmamışdı Şuşaya, təbiət heç gülməmişdi üzünə. Nəhayət, otuz illik həsrətə igid, rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə son qoydular. Həmişə deyirdik ki, İnşəallah bir gün Şuşaya qayıdacağıq. İndi isə tam əminliklə, fəxrlə, qürurla deyirik: “Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq, Şuşa, biz səni dirçəldəcəyik”.
    Azərbaycanın mədəniyyət beşiyi olan, göz bəbəyimiz Şuşanın tarixi çox qədimdir. Şuşa şəhərinin əsası onsəkki-zinci əsrdə Qarabağ xanı olan Pənahəli xan tərəfindən qoyulmuşdur. Məhz ona görə də bu şəhərə Şuşa adı ilə yanaşı “Pənahabad” da deyirdilər. Şuşa şəhəri ondoqquz-iyirminci əsrlərdə Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Hətta Şuşaya “Zaqafqaziyanın konservatoriyası”, “Kiçik Paris” də deyirdilər. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Süleyman Sani Axundov kimi neçə belə sənətkar yetişdirib Şuşa.
    1991-ci ildə erməni təcavüzkarları Azərbaycana qarşı olan işğalçılıq siyasətini davam etdirərək torpaqlarımızı işğal etməyə başladılar. Birinci Qarabağ Müharibəsi dövründə erməni mənfurları xalqımıza qarşı qırğınlar, faciələr, hərbi cinayətlər törətmişdi. Torpaqlarımızın qarış-qarış işğal olunması taqətdən düşmüş xal-qın qəddini yavaş-yavaş əyirdi. Qarabağın üstündəki qara buludlar Şuşadan yan keçmədi. 1992-ci il mayın səkkizində Şuşanın işğal olunması qəddi əyilmiş xalqın ayağa qalxmaq ümidinin tükəndiyi zaman idi. Şuşa şəhərinin düşmən tərəfindən işğal edilməsi arzuları yarımçıq, dərdləri dərmansız qoydu.
    Otuz il…Otuz il necə ayrı qaldıq Şuşadan? Mənfur düş-mən balanı anadan ayırdı. Bu otuz il ərzində Azərbaycan gü-nü-gündən siyasi, iqtisadi, mədəni sahələrdə inkişaf edirdi. Vətənin bir amalı var idi. O da Şuşanın, Qarabağın düşmən işğalından azad olunması. Yalnız bundan sonra güləcəkdi Azərbaycan, bundan sonra sağalacaqdı bütün yaralar.
    İyirmi yeddi sentyabr 2020-ci il… Düşmən yenə öz məkrli siyasətindən əl çəkməyərək mövqelərimizə qarşı atəşkəs rejimini pozdu. Biz artıq buna səssiz qala bilməzdik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Bununla da İkinci Qarabağ Müharibəsi başladı. Prezidentimiz bu məsələnin sülh yolu ilə həll olunması üçün çox çalışdı, müharibənin, qan tökülməsinin tərəfdarı deyildi. Lakin düşmən bizə başqa çıxış yolu qoymadı. Günlər keçdi, həftələr ötdü. Nəhayət, o gün gəlib çatdı. Səkkiz noyabr 2020-ci il Şuşa şəhəri düşmən işğalından azad oldu. Şuşa şəhərinin azad olunması ilə şəhidlərin, yetim qalmış uşaqların, gəlinlərin göz yaşlarının, anaların fəryadının qisası alındı. Mən bu xəbəri televiziyadan eşidəndə inana bilmədim. O vaxta qədər Şuşanı kitablardan oxumuş, nənələrimdən, babalarımdan eşitmişdim. Fikirləşin, Şuşanı yalnız kitablardan oxuyan və xəyal edən birinin Şuşanın azad olması xəbərini almasını. Əlbəttə,bu gözəl torpağın azad edilməsi o qədər asan olmadı. Dünyaya səs salmış İkinci Qarabağ Müharibəsi zamanı Şuşa şəhərinin azad olunması hər kəsi heyran etmişdi. Çünki Şuşa topla-tüfənglə deyil, əsgərlərimizn cəsarəti, mərdliyi hesabına düşmən tapdağından qurtulmuşdur. Əlbəyaxa döyüşlə mərd, qorxmaz igidlərimiz Şuşanı qanları, canları bahasına geri almış, şəhidlərin qanları ilə boyanmış müqəddəs bayrağımızı Şuşa qalasına sancmışdır. Bu zəfər xəbərini eşidəndə xalq meydanlara axışmış, bu qələbəni böyük təntənə ilə qeyd etmişdir.
    Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu hesab olunan Şuşanın, Şuşa qalasının azad olunması xəbəri o qədər möhtəşəm xəbər idi ki, dünya dillərində olan bütün söz və ifadələr bu hissi, bu duyğunu ifadə etməyə aciz idi.
    Şuşa şəhərində qədəmlərin mübarək olsun, Şanlı Ordum! Bundan sonra daha da gur çağla, İsa Bulağı! Lalələrin, Nərgizlərin heç solmasın, Cıdır Düzü! Boynun bir daha bükülməsin, daim üzün gülsün, Xarı Bülbül! Duaların qəbul olsun, Gövhər Ağa Məscidi! Daim dik dur, əzəmətli Şuşa Qalası!
    Vətən Müharibəsi başlayan ilk gündən cəsarətli, prinsipial, öz mövqeyini əvvəlcədən ortaya qoyan möhtərəm Prezidentimiz İlham Əliyev : “ Şuşasız bizim işimiz yarımçıq qalar”- demişdi. Ali Baş Komandanımız verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi. Allaha şükürlər olsun ki işimiz yarımçıq qalmadı. Bayrağımız Şuşa qalasına sancıldı.
    Möhtəşəmsən, əsgərim! Yenilməzsən, Ali Baş Komandanım! Əyilməzsən, məğrur xal-qım!
    Dünyanın ən xoşbəxt əsgəridir Şuşa qalasına bayrağı sancan əsgər! Dünyanın ən məha-rətli sərkərdəsidir Şuşanı fəth edən Ali Baş Komandan! Dünyanın ən böyük xalqıdır Şuşaya sahib olan xalq!
    “Şuşa, biz səni dirçəldəcəyik”- demişdik. Və sözümüzü də tuturuq. Xarı Bülbül festivalı, Vaqif poeziya günləri keçirildi Şuşada, sakinlər otuz il-dən sonra yenidən doğma torpaqlarına ayaq basdılar.

    Müəllif: Redaktor, 13:30

İsmarıclar bağlıdır.