Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Görülmüş işlərə nəzər salınıb, mövcud problemlərin həlli üçün tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi, 274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
    Sakinlər 356 baş iribuynuzlu, 315 baş xırdabuynuzlu heyvan, 3065 baş quş, 65 yeşik arı ailəsi saxlayırlar.
    Bala Kəngərli kəndində son üç ildə Bala Kəngərli və Cəmilli kəndini birləşdirən və sel suları nəticəsində sıradan çıxan körpü yenidən qurulub, pay torpaqlarına gedən suvarma arx-ları 6 km məsafədə lildən təmizlənib, avtomobil yollarının kənarında 450 ədəd çəkil, 210 ədəd çinar ağacları əkilib və yolların kənarları alaq otlarından təmizlənib, kənd qəbiristanlığına gedən yol 2 km məsafədə təmir edilib, pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusu qazılıb.
    Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    Rayon rəhbəri sonra sözü sakinlərə verib. Kənd sakinlərindən Rəşid Şahbazov Bala Kəngərli-Dəmirçilər avtomobil yolunun cari təmir olunması, İsgəndər İsgəndərov elektrik xətlərinin sip kabellə əvəzlənməsi, Qorxmaz Quluzadə Məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, Zülfiyyə Məmmədova yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, Şükür Qasımov Vətən müharibəsi qazisi olan oğlunun evlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 13:42

İsmarıclar bağlıdır.