Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Redaksiyamızda “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, qəzetimizin redaktoru Svetlana Bağırova Tərtərimizin qəhrəman övladlarına həsr olunan bu kitabın ərsəyə gəlməsindən danışıb. O bildirib ki, “Tərtərin tarix yazan oğulları” kitabı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü, mənəvi və maliyyə dəstəyi ilə çap olunub və rayonumuzun tarixində yaşayacaq bir əsər kimi hazırlanıb. Burada 44 günlük Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir.
    Kitabın əsas qayəsi bu gənclərin vətənpərvərliyi, onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u altında sıx birləşərək, Vətən, bayraq, torpaq uğrunda göstərdikləri misilsiz şücaətlərdir. Övladlarını, həyat yoldaşlarını, atalarını itirən insanların dərdi sonsuz olsa da, müəllif hər bir ailədə “Vətən sağ olsun” kəlmələrini eşitdiyini, belə qəhrəman oğullar böyüdüb tərbiyə edən valideynlər qarşısında baş əydiyini söyləyib.
    Qeyd olunub ki, kitabda Prezident ilham Əliyevin 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı nitqləri, çıxışları və sərəncamları toplanıb. Ön sözü əməkdar jurnalist Lazım Quliyev yazıb. Kitab 4 fəsildən ibarətdir. I fəsil-də bizi Böyük Savaşa aparan Aprel hadisələrinin iştirakçıları haqqında bəhs olunur. II fəsil – “Qürurumuzu bizə qaytaran oğullar” Vətən müharibəsi şəhidləri haqqındadır. III fəsildə erməni vandalizminin qurbanı olan dinc tərtərlilərin faciəsi işıqlandırılıb. Dördüncü, sonuncu fəsildə isə Tərtərdə doğulan, valideynləri əslən kəlbəcərli olan, özləri isə bu torpaqları heç vaxt görməyən, lakin düşməndən intiqam almaq istəyi ilə döyüşlərə qatılan gənclər haqqında məlumat verilir.
    Kitabda toplanmış fotoşəkillər Tərtərin müharibə tarixini, həmin dövrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə rayonda fəaliyyət göstərən qərargahın işini əks etdirir. Burada eyni zamanda qəhrəman Tərtərin bugünkü həyatını işıqlandıran fotolar yer alıb.
    Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, İlahə Paşazadə, Ülviyyə Quluyeva, Rəfayə Əzizova çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər.
    Sonda müəllif kitab üzərində işləyərkən ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib və kollektiv üzvlərinə kitabları təqdim edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:47

İsmarıclar bağlıdır.