Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Noyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbisiyasi yolun davamı olaraq bir güllə atılmadan Kəlbəcər azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
    1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Erməni qəsbkarları tərəfindən bir çox faciələrə, vəhşiliklərə məruz qalmış Kəlbəcər rayonunun sakinləri bu gün rahatdırlar. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşən Ordumuz şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi və bu gün xalqımız böyük qürur hissi ilə işğal yox, Qələbə tarixini qeyd edir. Kəlbəcərlilərin bugünkü əhval-ruhiyyəsini öyrənmək üçün rayon sakinlərindən Tapdıq Qasımovu və Vəsilə Cəmilovanı redaksiyamıza dəvət etmişdik. Aşağıda onların ürək sözlərini oxucularımıza təqdim edirik.

    Tapdıq Qasımov: Ata yurdum Kəlbəcərin Ağdaban kəndidir. Dədə Şəmşirin vətəni olan bu kəndin yalnız adını çəkmək kifayətdir ki, göz önünə insan şüurunun dərk edə bilmədiyi qanlı faciələr, döyüş səhnələri gəlsin. Ağdaban ermənilərin yaşadığı Çapar kəndi ilə qonşu olub. Özümüzü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etsək də, o zamankı respublika rəhbərliyindən kömək ala bilmədik. 1992-ci il aprel ayının 8-də səhər saat 5-6 radələrində kənd üç tərəfdən mühasirəyə alındı və biz bunu təsadüf nəticəsində bildik, yoxsa namərdlər bütün kəndi məhv edəcəkdilər.
    Ağdabanlıların başına gələn müsibətlər dünyaya məlumdur. Böyük Qələbəmizlə şəhidlərimizin qisası alınsa da, biz ermənilərin törətdikləri hərəkətlərə görə beynəlxalq hüquq çərçivəsində cavab verəcəklərini gözləyirik. Əminik ki, Qələbə günü kimi, həmin gün də gerçəkləşəcək.
    Bəli, vaxt vardı hər birimiz ürək yanğısı ilə işğal tarixini qeyd edirdik. Şükürlər olsun ki, bu gün “Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır” deyirik. Xoşbəxt insanam ki, artıq o torpaqları qucaqlaya bilmişəm. 2021-ci il yanvarın 9-da rayonumuzdan olan bir neçə ağsaqqalla və Milli Məclisin deputatları ilə birlikdə kəndimizdə olduq. Ancaq ora getmək üçün erməni yaşayış məntəqələrindən keçdik. Bizi rus sülhməramlıları müşayiət edirdilər. Həyətimizi, evimizi tapdım (əgər buna ev demək mümkündürsə, ancaq yanmış divarlar qalmışdı). Uşaq vaxtı oynadığım yerlərə ayaq basdım. Gözəl hisslər idi, əgər ar-xamızda rus əliavtomatlıları dayanmasaydılar. Onlar bizim torpaq sevgimizə təəccüblənirdilər.
    Kəlbəcərin siyasi yolla ermənilərdən azad olunması möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin diplomatik fəaliyyətinin nəticəsidir. Bir kəlbəcərli kimi mən Müzəffər Ali Baş Komandana təşəkkür edir, cansağlığı arzulayıram.
    Vəsilə Cəmilova: Mən dünyanın ən səfalı yerlərindən olan Kəlbəcərin Bəylik kəndində dünyaya göz açmışam. Xoşbəxt, firavan yaşayırdıq. Ailə qurmuşdum. Bir övladım vardı. Həyat yoldaşım Süleymanla halal zəhmətimizlə özümüz üçün lazımi şərait yaratmışdıq. Lakin o zamankı respublika rəhbərliyinin bizim hüquqlarımızı qoruya bilməməsi nəticəsində minlərlə insan yurdundan-yuvasından, isti ocağından didərgin düşdü. İnsanlar yalnız öz canlarını və övladlarını götürüb gedirdilər. Ermənilər isə bizim təbiətimizi, yeraltı və yerüstü sərvətlərimizi talan etdikləri kimi, ev-eşiklərimizi də vəhşicəsinə dağıtdılar.
    30 ilə yaxın bir müddətdə biz ağrı-acılarla yaşadıq, evlərimizi, el-obamızı xəyallarımızda, yuxularımızda gördük. Çox-ları, o cümlədən mənim həyat yoldaşım da bu dərdə tab gətirməyərək, dünyasını dəyişdi.
    Nəhayət, bütün Azərbaycan xalqı kimi, biz kəlbəcərlilərin də üzü güldü. Müzəffər Ali Baş Komandanımızın, qüdrətli Ordumuzun, şəhid və qazilərimizin sayəsində Böyük Qələbə qazanıldı. Möhtərəm Prezidentimizin diplomatik səyləri nəticəsində ermənilər Kəlbəcəri qan tökmədən tərk etdi?
    Bunu bütün dünya gördü. Ermənilərin insanlıqdan kənar hərəkətlərini hər kəs lənətlədi.
    Mən Kəlbəcəri tərk edəndə 29 yaşım vardı. İndi isə 66-ya çatmışam. 4 övlad anasıyam, nənəyəm. Doğma yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Mən didərgin həyatı yaşadım, ancaq dövlətimizin, sevimli Prezidentimizin sayəsində övladlarım dədə-baba torpaqlarında xoşbəxt yaşayacaqlar. Noyabrın 25-i hə              yatımızın ən uğurlu günlərindən biridir.

    Müəllif: Redaktor, 14:31

İsmarıclar bağlıdır.