Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    YAP Tərtər rayon Təşkilatının inzibati binasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində ailə dəyərləri mövzusunda tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, məktəb, xəstəxana və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
    Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. Layihənin məqsədinin gənclərin milli-mənəvi dəyərlərlə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsi olduğunu diqqətə çatdırıb.
    Lamiyə İsazadə qeyd edib ki, “Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürməsi sual altındadır”. Tədbirdə çıxış edən Tərtər RİHB Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli də ailə dəyərləri haqqında fikirlərini söyləyib: “Cəmiyyətin inkişafını şəxsiyyət kimi normal formalaşmış insanların fəaliyyəti, şəxsiyyətin normal formalaşmasını isə normal ailə mühiti təmin edir. Bu baxımdan ailənin bütövlüyü və möhkəmliyini şərtləndirən amillərin təmin edilməsi cəmiyyəti maraqlandıran ən aktual və qlobal problemlərdən hesab edilir. Ailənin yaşaması, ayaqda durması üçün iqtisadi dayaq və digər funksiyaların icrası önəmli olsa da, nəzərə almaq lazımdır ki, bu faktorlar mənəvi faktorları əvəz edə bilməz”.
    Tədbirdə digər qurumların iştirakçıları da ailə dəyərləri mövzusunda çıxış edərək, öz fikirlərini səsləndirib, geniş fikir mübadiləsi aparıblar.

     

    Müəllif: Redaktor, 15:05

İsmarıclar bağlıdır.