Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun  ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

    Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    Şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Yenikənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.

    O, ailəli idi, 4 övladı yadigar qalıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 14:56

İsmarıclar bağlıdır.