Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Bu sətirlər şəhər 1 saylı tam orta məktəbin 3 “v” sinif şagirdi Tuncay Fərmanlının şəhidə həsr etdiyi şeirdəndir. Həmin şeiri Tuncay şəhidin doğum günündə onun məzarı qarşısında valideynlərinə müraciət edərək söyləyib.
    3 “v” sinfi igid döyüşçü Fuad Məhərrəmlinin adını daşıyır. Burada şəhidə həsr olunmuş guşə var. Şagirdlərin hər biri Fuadın həyatı ilə bağlı məlumatları öyrənərək, müəllimləri Ramilə Heydərli ilə birlikdə onun qısa, lakin şərəfli ömür yolunun səhifələrini vərəqləyiblər.
    Şəhidin doğum günündə isə şagirdlər ailəsini ziyarət ediblər. Məktəbin direktor müavinləri Ziyafət Rüstəmova, İntiqam Nuriyev, müəllimlərdən Ramilə Heydərli və Aliyə Balakişiyeva, 3 “v” sinfinin şagirdləri və valideynlər əvvəlcə Evoğlu kəndində ucaldılmış “Şəhidlər abidəsi”ni ziyarət ediblər. Sonra Evoğlu kənd qəbiristanlığına gələrək, Fuad Məhərrəmlinin məzarı önündə şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Saf uşaq qəlbindən gələn “Ana, qurban ağ saçına, durma belə qəmli-qəmli”, “Ata, belin bükülməsin” kəlmələri yaralı qəlblərə məlhəm olub.
    Məktəbin direktor müavini Ziyafət Rüstəmova ziyarətlərinin məqsədi barədə belə deyib:
    –Hər bir şəhid xalqın qürur yeridir. Onlar bizə Zəfərimizi bəxş etdilər, doğma Qarabağımızı qaytardılar. Böyüyən nəsillər şəhidlərimizin nümunəsində vətənimizi, torpağımızı sevməyi öyrənəcəklər, layiqli vətəndaş, xeyirli övlad olacaqlar.
    Şagirdlər həmçinin Evoğlu kənd qəbiristanlığında dəfn olunan 44 günlük Vətən müharibəsi şəhidləri Mürşüd Əhmədzadənin və Məftun Əhmədzadənin məzarlarını ziyarət ediblər.
    Sonra ziyarətçilər Fuad Məhərrəmlinin evində oldular, burada ona aid əşyalara, fotoşəkillərinə baxdılar. Uşaqlar bildirdilər ki, onlar hələlik hərəsi bir qəhrəman olmasalar da, şəhidlərin əziz xatirəsini yaşadacaqlar.
    Fuadsız keçən doğum günündə onun iki yaxın dostu və silahdaşı – Elşən Məmmədovun və Şamil İsmayıllının valideynləri iştirak ediblər. Bu üç igid birlikdə Vətənə xidmət edib, birlikdə şəhadətə qovuşmuşlar. İndi ailələrini ümumi kədər və qürur hissi birləşdirir.
    Qonaqlar arasında həmçinin qonşu İsmayılbəyli kəndindən olan şəhid Elşən Əlizadənin anası Sahibə Əliyeva da vardı.
    Sonda Ramilə müəllim bu tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib, şəhidin valideynlərinə isə Allahdan səbr diləyib.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.