Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb. O deyib ki, bu işdə hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Yalnız birgə səylərlə bu dəhşətli bəlanın yayılmasının qarşısını almaq olar. Elçin Qasımov həmçinin uşaqların tərbiyəsində ailənin rolunu xüsusi vurğulayıb. Bildirib ki, ailə, valideynlər övladlar üçün ən gözəl nümunədir və böyüyən nəslin gələcək həyat yoluna onların təsiri böyükdür.
    Həkim Rima Axundova da şagirdləri təsadüfi insanlarla dostluq etməkdən çəkinməyə çağırıb. “Ən yaxşı dostumuz ata-ananız və müəllimlərinizdir”,– deyib. O bir daha xatırladıb ki, narkotikdən qorunmağın ən yaxşı yolu ona toxunmamaqdır, bunun üçün isə maarifləndirmənin rolu böyükdür.
    Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev də bu məsələnin üzərində xüsusi olaraq dayanıb. O deyib ki, polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, şöbənin əməkdaşları, həkim narkoloq və digər qonaqlar məktəbə şagirdlərin görüşünə ona görə gəliblər ki, uşaqlar və yeniyetmələr onların rastlaşa biləcəkləri təhlükənin böyüklüyünü anlasınlar və buna qarşı mü-barizə aparmağa daim hazır olsunlar. Narkomanlar öz zərərli vərdişlərini yaymağa, kimisə tora salmağa çalışırlar. Buna qarşı ən yaxşı silah isə bu sahədə bilgilərin əldə olunmasıdır.
    Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  Məktəb direktoru Adil Məmmədov maraqlı tədbir üçün qonaqlara təşəkkürünü bildirib.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.