Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    İclası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, peşə və sahə assosiasiyalarının yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
    Rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirib ki, Tərtər rayonu üzrə 2022-ci ilin 9 ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36 milyon 421,6 manat olub ki, bunun sayəsində 88 yeni iş yeri yaradılıb. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə, bank və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
    Tədbirdə digər çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, öz mülahizələrini bildiriblər.
    İclasda diqqətə çatdırılıb ki, sahibkarlara fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi va-sitəsilə də müvafiq köməkliklər olunur.
    Tədbiri yekunlaşdıran rayon rəhbəri rayon ərazisində fəailiyyət göstərən sahibkarlara assosiasiyaların yaradılması üçün Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəyini bildirib.

     

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.