Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    Həsənli Zərimxan Rafiq oğlunun ailəsi erməni işğalı nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Əvvəlcə Mingəçevirdə, sonra isə Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıblar. Elə orta məktəbə də Zərimxan bu kənddə gedib. 2019-cu ildə XI sinfi bitirib, 2020-ci ilin yanvarında isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Əvvəl Ağcabədidə, sonra isə Beyləqanda xidmət edib.
    Müharibə başlayanda, ailəsi 4 gün Zərimxanla əlaqə saxlaya bilməyib. Sonra anası Afilə xanımla danışıb. Anasının həyəcanla dediyi “özünü qoru!” sözlərinə gülə-gülə cavab verib və sevinə-sevinə bildirib ki, artıq bir neçə kəndimizi düşməndən təmizləmişik.
    Oktyabrın 8-də ailəsi ilə son danışığı olub və deyib: “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz”.
    Afilə xanım deyir:
    –Zərimxan üç övladımızın ortancılıydı. Bir qardaş, iki bacı olublar. Biz həmişə Zərimxanla fəxr etmişik, indi də fəxr edirik. Çox vətənpərvər, qoçaq, cəsarətli oğul idi.
    Bu sözləri Zərimxan haqqında telefon danışığı zamanı komandiri atasına da deyib:
    – Biz Zərimxanı dayandıra bilmirik. Onda qorxu hissi qətiyyən yoxdur. Ancaq irəliyə can atır. Belə övlad böyütdüyünüzə görə sizə çox minnətdarıq.
    Afilə xanım onu da bildirdi ki, Zərimxanın dayısı Ədalət Mu-sayev də torpaqlarımızın azad-lığı uğrunda mübarizədə 1993-cü ildə şəhid olub.
    Zərimxan artilleriyada xidmət edirdi, topçu idi. Son döyüşü Hadrutda olub. Oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb, oktyabrın 12-də isə Bəyimsarov kəndində dəfn olunub.
    Oxuduğu məktəbdə və Şıxarx qəsəbəsindəki məktəbdə adına sinif otaqları var.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Həsənli Zərimxan Rafiq oğlu ölümündən sonra “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Müəllif: Redaktor, 11:18

İsmarıclar bağlıdır.