Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    Dekabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

                                                                 MƏHƏRZADƏ TALEH OQTAY OĞLU
    Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                           QASIMOV AZƏR YAQUB OĞLU
    Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov sağlığında “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli idi, 4 övladı yadigar qalıb.
                                                                     SABİRLİ ƏJDƏR XANLAR OĞLU
    Əjdər Sabirli 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 11-da Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Soyulan kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əjdər Sabirli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                  İBRAHİMOV ŞAHİN MAHMUD OĞLU
    Şahin İbrahimov 1987-ci ilin dekabr ayının 24-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.
    Şahin İbrahimov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı sentyabr ayının 30-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.
    Ailəli idi. 2 övladı yadigar qalıb.

     

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.