Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    “…Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.
                                                                                                                                     Heydər Əliyev, Ümummilli Lider

    Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı artırıldı. Bu, təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Bir təhsil işçisi olaraq mən də bu qayğını ömrüm boyu öz üzərimdə hiss etmişəm.
    Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Həmin illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da, o cümlədən bizim Tərtər rayonunda, şəhərin özündə və kəndlərdə yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı. Məhz buna görə də tərtərli gənclər təhsil sahəsində böyük uğurlar qazandılar, professor, akademik elmi adlarına yiyələndilər, respublika ziyalıları sırasında layiqli yer tutdular.
    “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.
    Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi.
    Ulu Öndər deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
    1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.
    Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən həyata keçirilən “Təhsil sahəsində İslahat Proqramı” inkişaf etmiş demokratik cəmiyyət quruculuğunda önəmli və müstəsna əhəmiyyət kəsb edir.
    Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən Ulu Öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulayırdı. Ulu Öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.
    Bu mərhələdə Ulu Öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlandı.
    1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı.
    Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümumi təhsil müəssisələrində şagirdlərin dərsliklərlə təminatı sahəsində əhəmiyyətli addım atılmış, 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatına keçilmişdi. Sonradan müstəqilliyin ilk illərində o zamankı hakimiyyət tərəfindən dərsliklə pulsuz təminat ləğv edilmişdi. Heydər Əliyev 1994-1995-ci tədris ilindən bu imtiyazı yenidən bərpa etmişdir və hazırda da bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər. Bu sahədə uzun illər çalışan bir insan kimi mən kitabların pulsuz paylanmasının müsbət nəticəsinin şahidiyəm.
    Müstəqillik illərində mil-limənəvi dəyərlərə uyğun dərslik hazırlığı diqqət mərkəzində saxlanılmış, bu sahədə yeni reqlament və prosedurlar tətbiq edilmiş, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.
    Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Rayonumuzun Şıxarx qəsəbəsində, Xoruzlu kəndində tikilən yeni müasir məktəb binaları, ayrı-ayrı kəndlərdə inşa edilən modul tipli məktəblər bunun parlaq sübutudur.

    Kifayət Mürsəlova,
    Tərtər rayon Təhsil
    Sektorunda metodist

     

    Müəllif: Redaktor, 13:08

İsmarıclar bağlıdır.