Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    “Ag ölüm”ün yaşı niyə cavanlaşır? Nəyə görə şərəfli tələbə adını qazanan savadl, gələcəkdə dövlətimizə, Vətənimizə böyük xeyir verə biləcək gənclər narkomaniyanın bataqlığına düşərək, həyatlarını məhv edirlər? Cəmiyyətimizin bu bəladan təmizlənməsi üçün nə etməliyik?
    Rayon polis şöbəsinin təşkilatçılığı və müəllimlərin, şagirdlərin, valideynlərin iştirakı ilə Kəngərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, həkim narkoloq Rima Axundova və Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev bu sualları cavablandırmağa çalışıblar.
    Hər bir uşağın, yeniyetmənin və gəncin gələcəyinin ailə tərbiyəsindən və ətraf mühitdən asılı olduğunu bildirən Elçin Qasımov deyib:
    –Uşaqların sabahın dəyərli, ağıllı vətəndaşı olması, yaxud qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl, aldığı tərbiyədən, evin kəndarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişləri “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir.
    Polis rəisi bu işdə məktəblərin pedaqoji kollektivlərinin məsuliyyətinin artırılmasının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, əksər vaxtlarda narkotik alverçiləri məhz məktəbləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzə açılan, yaxşı ilə pisi bir-birindən ayırd edə bilməyən yeniyetmə və gənclər narkotik alverçilərinin toruna asanlıqla düşə bilərlər.
    Digər vacib bir məsələ kimi uşaqların asudə vaxtlarının düzgün təşkili göstərilib və deyilib ki, bu sahədə rayonumuzda hər cür şərait yaradılıb. Yalnız uşaqların istəyi və valideynlərin öz övladlarını istiqamətləndirməsi lazımdır.
    Daha sonra 2022-ci ildə rayon polis şöbəsinin narkotiklərlə mübarizə sahəsində gördüyü işlər barədə məlumat verilib. Bu arzuolunmaz yolun bilavasitə həbs olunmaqla bitməsi bir daha şagirdlərin diqqətinə çatdırılıb.
    Həkim narkoloq Rima Axundova, təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev də şagirdlərə öz tövsiyələrini veriblər. Bildirilib ki, müharibə yalnız cəbhədə getmir, narkotiklərin yayılması da düşmənlərimizin bizə qarşı apardıqları elan olunmamış müharibədir. Bu zaman insanlar həm ölürlər, həm də cəmiyyətimiz üçün yararsız hala düşürlər ki, bu da fiziki yoxluqdan daha böyük faciədir.
    Hər kəs özünü qorumaq üçün maariflənməlidir, narkomaniyanın fəsadları barədə daha məlumatlı olmalıdır. Tədbirdə nümayiş etdirilən vidioçarxın məqsədi də elə bu idi.
    Tədbirdə həmçinin erkən nikah barədə ətraflı söhbət gedib, uşaqların sualları cavablandırılıb.
    Sonda məktəbin direktoru İmran Məmmədov maraqlı tədbirin keçirilməsinə görə qonaqlara təşəkkür edib.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 15:05

İsmarıclar bağlıdır.