Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek


    BƏXTİYAR VAHABZADƏ – 90

    Изображение 086Изображение 103Azərbayca Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.
    Bu münasibətlə şəhər 2 saylı məktəb-liseydə də sözlü-nəğməli bir tədbir keçirildi. Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Dağlar qoynunda” mahnısı ilə başlanan bu unudulmaz ədəbi-bədii gecə onun həyat və yaradıcılığı haqqında maraqlı söhbətlərlə davam etdi.
    Məktəb–liseyin direktoru Gülarə Əkbərova bu təhsil ocağı-nın fəaliyyəti barədə danışdı, ədəbi-bədii gecə haqqında fikirlərini söylədi.
    Vətən, millət, dil. Bunlar Vahabzadə yaradıcılığının leytmotivi idi. O, böyük vətəndaş kimi milli dəyərlərə önəm verir, onları poetik bir dildə cəmiyyətə çatdırırdı.
    Məktəbin şagirdlərinin ifasında “Vətəndaş” şeiri qürurla səs-ləndi. Sanki hər misrası ilə şair gələcək nəsillərə müraciət edir, onları bu vətənin əsl vətəndaşı olmağa səsləyirdi. Bu sözlər hər kəsin qəlbini riqqətə gətirirdi..
    Bəxtiyar Vahabzadə Azərbaycana Vətən deməkdən zövq alırdı, doğma dili vəsf etməkdən, əzizləməkdən doymurdu.
    Şagirdlər şairin bütöv Azərbaycan haqqında arzularını dilə gətirdilər, “Gülüstan” poemasını xatırladılar.
    Bəxtiyar Vahabzadə xalqının milli dəyərlərinə yüksək qiymət verirdi, tarixi keçmişimizə böyük hörmətlə yanaşırdı. Onun ən dəyərli poemaları olan: “Şəbi-Hicran”, “Atılmışlar”, “Təzadlar”,”İstiqlal”, “Muğam”, Qiyamət” dediklərimizi şərtləndirir.
    Ədəbi-bədii gecədə XX əsrin ən acı qətliamı olan 20 Yanvar hadisələrinə şairin münasibəti geniş şərh olundu, onun həm şair, həm də əsl vətəndaş kimi bu qanlı faciədən necə göynədiyi poetik dillə ifadə olundu.
    Şairin həyatı ilə bağlı hər kəsə məlum olmayan epizodlara to-xunuldu, xüsusilə onun Ulu Öndər Heydər Əliyevlə görüşlərindən, onların arasında olan çox səmimi münasibətlərdən danışıldı.
    Tədbirdə iştirak edən qonaqlar– “Yeni Tərtər” qəzetinin baş redaktoru, şair-publisist Tofiq Yusif, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, rayon musiqi məktəbinin direktoru Mahir Qədimov və başqaları xalqımızın fəxri olan Bəxtiyar Vahabzadə haqqında ürək sözlərini bildirdilər.
    Sonda məktəbin ədəbiyyat müəllimi, bu gözəl gecənin təşkilatçısı Bəsti İsmayılova vaxtı ilə onun müəllimi olmuş Bəxtiyar Vahabzadə ilə bağlı kövrək xatirələrini danışdı, şairin ona yazdığı məktubdan bir parça oxundu.
    Ədəbi-bədii gecə həzin notlarla başa çatdı.

    Yeni Tərtər

    Müəllif: Redaktor, 10:49

    Teqlər:

İsmarıclar bağlıdır.