Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Dek

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Şuşa ili” çərçivəsində Tərtər rayon Mədəniyyət Mərkəzində bədii fikrin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüqüq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri,  idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır.  Rayon rəhbəri Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.

    2022-ci ilin mart ayında görkəmli şairə, tanınmış ictimai xadim, Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu məqsədlə, Prezident İlham Əliyevin görkəmli şairə bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın  190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “ Tək inci Xan qızı” adlı  tədbir keçirilib.

    Qeyd edək ki, Xurşidbanu Natəvan, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, eyni zamanda 1747-ci ildə Nadir şahdan  sonra Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın  və Gəncə xanı Cavad xanın sülaləsindəndir. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o,cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1962-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992–ci ildə Şuşa şəhərini  işğal edərək  tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri Natavanın büstü,  44 günlük Vətən müharibəsində Şuşa şəhəri  şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli,məkanına qaytarılmışdır.Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda,xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının  təzahürüdür.

    Tədbir Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı  “ Tək inci Xan qızı” adlı musiqili tamaşası ilə davam etmişdir.

     

     

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.