Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Azərbaycan xalqının gözəl milli-mənəvi dəyərlərindən biri bayramqabağı günlərdə ailədə şənlik keçirməzdən əvvəl dərdi olan, əzizini itirən insanların ziyarət edilməsi, onlara mənəvi və maddi köməklik göstərilməsidir. Bu, həm də ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu tələbdir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün fəaliyyətinin əsasını təşkil edən bir nümunədir.
    Şəhid ailələrinə, vətənin bütövlüyü uğrunda döyüşlərdə yaralanan, sağlamlığını itirən qazilərimizə diqqət və qayğını özünün bir nömrəli vəzifəsi hesab edən rayon rəhbəri Müstəqim Məmmədov, eləcə də rayonumuzun idarə və müəssisə kollektivləri, məktəblilər Yeniilqabağı günlərdə şəhid ailələrinin, qazilərin qapılarını döyür, onlarla görüşür, qayğılarını öyrənirlər.
    Bu yaxınlarda 12 nəfər şəhid ailəsinin və 2 Vətən müharibəsi əlilinin müalicə və istirahət üçün “Cold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə göndərilməsi də bu qayğının təzahürüdür.
    Şəhid İsax Verdiyevin atası Ədalət Verdiyev deyir:
    – Şəhid valideyni olmaq şərəflidir, ancaq şərəfli olduğu qədər də çətindir. Ətrafımızda övladımızı unutmayan, onun xatirəsini yaşadan insanları görəndə, təskinlik tapırıq. Buna görə ilk növbədə dövlətimizin başçısı İlham Əliyevə, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, rayon rəhbərliyinə, bizi qayğı ilə əhatə edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk. Bayram ərəfəsində Naftalan şəhərində xidmətimizdə dayanan Müalicə və Sağlamlıq Mərkəzinin personalına da “çox sağ olun” deyirik.
    Tərtər rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov bildirdi ki, həmişə olduğu kimi, bayramqabağı günlərdə də heç bir şəhid ailəsi, qazi diqqətdən kənar qalmayacaq. Bu, Tərtərdə yaşayan məktəbli uşaqdan tutmuş hər bir əmək kollektivinin, ayrı-ayrı vətəndaşların qəlbindən gələn bir istəkdir. Müharibə günlərində əhalimiz bir olduğu kimi, indi də böyük birlik nümayiş etdirir.
    Bu, belə də olmalıdır. Axı, sülh və əminamanlıq şəraitində ya-şadığımıza, başıuca gəzdiyimizə, işğal altında inləyən torpaqlarımıza sahib olduğumuza görə biz vətənin qəhrəman oğullarına və bu igidləri böyüdən ailələrə borcluyuq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.