Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Həyatımızdan duru sular əskik olmasın

    Azərbaycanda, o cümlədən bizim Tərtər rayonunda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider deyirdi: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
    Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə meliorativ tədbirlərin həyata keçirilməsinə yönəldilən vəsait Azərbaycanda bu sahənin sürətli inkişafına gətirib çıxardı. Kənd təsərrüfatında, xüsusən də pambıqçılıqda ciddi dönüş yarandı, mühüm nailiyyətlər qazanıldı. Bu baxımdan “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərar böyük əhəmiyyətə malikdir.
    1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində meliorasiya və su təsərrüfatının xeyli zəifləmiş maddi-texniki bazasının yenidən möhkəmləndirilməsi məqsədilə “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul olundu. Bu qanunun tətbiq edilməsi barədə Fərman imzalandı.
    Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin meliorasiya sahəsində həyata keçirdiyi çoxsaylı islahatlar, mühüm layihələr sayəsində dünyanı bürüyən iqtisadi böhran şəraitində Azərbaycanda kənd təsərrüfatı inkişaf edir, əhalinin ərzaqla təminatında problemlər yaşanmır.
    Bu gün qürur hissi ilə deyə bilərik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin başa çatması ilə mühüm strateji əhəmiyyətli Suqovuşan Su Anbarı işğaldan azad edildi ki, bunun da nəticəsində su ehtiyatlarımız daha da artdı.
    Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyin Tərtər Suvarma Sistemləri İdarəsinin balansında 626.8 km suvarma ka-nalları, 552 ədəd subartezian quyusu, 7 ədəd ekskavator, 3 ədəd nasos stansiyası, 1 səyyar nasos stansiyası var.
    Başa vurmağa hazırlaşdığımız 2022-ci il ərzində idarəmizin öz gücü ilə 350 min kubmetr məsafədə kanallar ekskavator vasitəsilə lildən və kol-kosdan təmizlənib, 30 min kubmetr buldozer işi görülüb, 236 ədəd subartezian nasosu təmir edilib, 57 ədəd yararsız nasos isə yenisi ilə əvəz olunub.
    Podrat üsulu ilə 152 min kubmetr lildən və kol-kosdan təmizləmə, 62 min kubmetr buldo-zer işi görülüb.
    Prezident İlham Əliyev kanalların təmirini və yenidən qurulmasını önəmli vəzifələrdən biri kimi qarşıya qoyub. Çünki torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Bu məqsədlə 2022-ci ildə xeyli iş görmüşük. Belə ki, Qapanlı arxında kanalın 10 kilometrinin beton üzlüyə alınması planlaşdırılıb, 1 km məsafədə bu iş artıq başa çatıb. Qaynaq-Qazyan arxının isə 8 kilometrinin beton üzlüyə alınması nəzərdə tutulub və cari ildə arxın 1.2 km hissəsində beton üzlük salınması işləri başa çatıb.
    İdarəmizin kollektivi rayon üzrə 29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. 13.500 hektarı subartezian quyularının, 450 hektar İncəçayın, 357 hektar sahə isə (bundan 120 hektarı Yevlax rayonunun ərazisindədir) Yuxarı Qarabağ kanalından Bəyimsarov nasos stansiyasının vasitəsilə suvarılır.
    Cari ildə 4 ədəd suburaxan qapı təmir edilib. Dövlət başçısının müvafiq Sərəncamına əsa-sən növbəti ildə rayonumuzda daha 10 ədəd subartezian quyusunun qazılması planlaşdırılıb.
    Biz meliorasiya işçilərinin öz vəzifəmizə məsuliyyətli yanaşması nəticə etibarı ilə özünü kənd təsərrüfatında göstərir. Bu baxımdan deyə bilərəm ki, son illər rayonumuzda pambıq, taxıl, günəbaxan, yem bitkiləri və s. məhsulların istehsalının artmasında kollektivimizin də özünəməxsus payı var.
    Qarşıdan gələn ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar indidən vəzifələrimizi müəyyənləşdiririk. Daha yaxşı işləməyə çalışacaq, həyat adlandırdığımız sudan qənaətlə və səmərəli istifadə olunması üçün əlimizdə olan imkanları maksimum səfərbər edəcəyik.
    Fürsətdən istifadə edib qəhrəman Tərtərimizin bütün əhalisini, ilk növbədə şəhid ailələrini, qazilərimizi melioratorlar adından 31 dekabr– Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, başımız üzərindən aydın səma, həyatımızdan duru sular əskik olmasın. 2023-cü il hər bir ailəyə xeyir-bərəkət gətirsin.

    Şəmil Ziyadov,
    Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi

     

     

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.