Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    YENİ İLƏ UĞURLARLA QƏDƏM QOYURUQ

    Bütün Azərbaycan xalqı kimi, tərtərlilər də 2023-cü ilə uğurlarla qədəm qoyurlar.
    2022-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə ”Şuşa ili” elan olunmuşdu. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtına həsr olunmuş “ Şuşa ili” ilə baglı tədbirlər planı hazırlanaraq, həyata keçirildi. Şuşa bütün beynəlxalq aləmə tanıdıldı.
    2022-ci il rayonumuz üçün həm də tikinti-quruculuq, abadlıq ili kimi yadda qaldı.
    Vətən müharibəsindən dərhal sonra rayonumuzun infrastrukturuna dəyən ziyan aradan qaldırıldı, .yaşayış binaları, fərdi evlər, inzibati binalar bərpa və təmir olundu, dagılmış və qəzalı evlər yenidən tikildi, küçələrə asfalt örtük salındı. Tərtər əvvəlkindən daha gözəl və abad şəhərə çevrildi.
    Rayonun işgaldan azad olunmuş Suqovuşan və Talış kəndlərində aparılan yenidənqurma işləri gələcəkdə həmin ərazilərdə turizmin inkişafına təməl yaratdı.
    Respublika Prezidenti və ailəsinin mart ayının 21-də Azərbaycan xalqının Novruz bayramını Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsindən təbrik etməsi, bir sıra təməlqoyma mərasimlərində iştirakı tərtərlilərin böyük sevincinə səbəb oldu.
    Tərtərlilər Vətən müharibəsində dözüm və dəyanət göstərdikləri kimi yenə də Respublika Prezidentinin ətrafında sıx birləşir, onun daxili və xarici siyasətini dəstəkləyir, respublikamızın inkişafına öz əmək töhfələrini verirlər.
    Kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişafında tərtərlilərin qabaqcıl iş təcrübəsi var. Bu il rayonumuzun pambıqçıları əkdikləri 3450.7 hektar sahədən 11139.6 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.
    Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2022-ci ildə dövlətə 10.2 ton barama təhvil veriblər.
    Qarşıdan yeni il gəlir. Bu il müstəqil Azərbaycanımızın yaradıcısı Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023- cü ili “Heydər Əliyev ili” elan edib.
    Respublika Prezidentinin Sərəncamında deyildiyi kimi, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
    Biz tərtərlilər 2023-cü ildə –“Heyder Əliyev ili”ndə də kənd təsərrüfatının inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq.
    İnanırıq ki, qarşıdan gələn 2023-cü il də ölkəmiz üçün uğurlu olacaq. Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.
    Əziz tərtərlilər, bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
    Bayramlarınız mübarək!

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.