Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

    İcra başçısı qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

    Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.

    Bildirilib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələri Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.

    Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev də tədbir iştirakçılarını təbrik edib, bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

    Tədbirdə iştirak edən valdeyinlər dövlət tərəfindən uşalqara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər, qeyd olunub ki, körpələr evi-uşaq bağçalarında uşaqların sağlam böyüməsi üçün hər cürə şərait yaradılıb.

    Tədbirlərdə rayon rəhbəri balaca fidanlarla xatirə şəkilləri çəkdirib.

     

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.