Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Dek

    Dekabrın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazilərinin övladları ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətiylə bayram şənliyi keçirilib.

    “Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Bərdə Regional Mədəniyyət idarəsinin rəisi əvəzi Səxavət Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon Təşkilatının və Ağsaqqallar şurasının sədrləri,  şəhid ailələri, müharibə veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.

    Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2023-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.

    Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.

    Rayon rəhbəri qeyd edib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə  16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

    Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən Müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

    Tədbirdə iştirak edən şəhid valdeyinləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Dədbir bədii hissə ilə davam etdirilib.

    Sonda şəhid və qazilərimizin fidan balalarına hədiyələr təqdim olunub.

     

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.