Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Bu vəhşilik unudulmayacaq

    Əsədov Sabit Usub oğlu 1981-ci ilin iyul ayının 27-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Uzun illər qaçqın-köçkün həyatı yaşayıblar. Son illərdə isə Şıxarxda tikilmiş yeni qəsəbədə ailəsinə 3 otaqlı mənzil veriblər. Şəraitləri, dolanışıqları yaxşılaşsa da, ürəyindəki yurd nisgili zərrə qədər azalmamışdı.
    Qardaşı İsgəndər Əsədovun dediklərindən: “Müharibənin 3-cü günü idi. Mən işdəydim. Ermənilər yaşayış məntəqələrimizi güclü atəşə tuturdular. Qardaşımdan çox nigaran idim. Bilirdim ki, qəsəbədən heç yerə getmir.
    Mən də qəsəbəyə yollandım. Sabitlə görüşüb, ehtiyatlı olmağı xahiş etdim. Dedim, özünü qoru, üç övladın var”.
    Lakin Sabit evindən uzaqlaşmaq istəməyib. Qardaşı İsgəndər günün ikinci yarısında yenidən qəsəbəyə gələndə, qazanxananın yanına mərmi düşdüyünü görüb. Qəlpələr ətrafa yayılıb, bir neçə nəfəri yaralamışdı. Onlardan biri də Sabit idi.
    Sabiti Bərdə mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək müm-kün olmayıb. O, sentyabrın 29-da Bərdə rayonunun Cə-yirli kəndində dəfn olunub.
    Sabit Əsədovun həyat yoldaşı Səadət xanım bu gün 3 övladını atasız böyüdür. Tacirin, Fidanın, Nurcanın atalı, xoşbəxt günlərini erməni cəlladları əllərindən alıblar. Təkcə bu ailə deyil, bütün xalqımız günahsız insanların qanını tökən erməni cəlladlarının vəhşiliyini heç zaman unutmayacaq.
    Sadə, zəhmətkeş insan olan Sabit Əsədovun xatirəsi qəlblərdə yaşayacaq.

    Svetlana Bağırovanın
    “Tərtərin tarix yazan oğulları” kitabından

     

    Müəllif: Redaktor, 12:08

İsmarıclar bağlıdır.