Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub

    Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
    Əvvəlcə tədbirin təşkilatçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini ehtiramla anıblar.
    Qeyd edilb ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına biz qalib xalq kimi yaşayırıq.
    Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Prezident İlham Əliyev həm Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, həm də xalqı qarşısında öz borcuna şərəflə əməl etdi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.
    Qeyd edilib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versələr də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
    “Qurtuluşdan Zəfərə” filminin çəkilməsində məqsəd Qələbə sevincini bizə yaşadan oğulların qəhrəmanlığını xalqın yaddaşında əbədi yaşatmaqdır.
    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev, birinci qrup Vətən müharibəsi əlili Kamil Səfərli, birinci qrup Qarabağ müharibəsi əlili Vidadi Məmmədzadə çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, şəhidlərin Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
    Tədbir iştirakçıları çəkilməsi nəzərdə tutulan “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin layihəsi barədə öz fikir və təkliflərini söyləyiblər.
    Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

     

    Müəllif: Redaktor, 12:32

İsmarıclar bağlıdır.