Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Tarix şəxsiyyətlər yetirir. Şəxsiyyətlər isə tarixi yaradır. Bəşər tarixinə nəzər salsaq onun dahi şəxsiyyətlərin çiynində dayandığını görərik.
    Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının bəxtinə düşmüş Heydər Əlirza oğlu Əliyevdir.
    Onun 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi dənizdə tufanı xatırlatdı. Respublikanın həyatı bütün sahələrdə təlatümə gəldi, çalxalandı, duruldu. Dünənə qədər ətalətin qoynunda çabalayan respublikanı bir inkişaf, bir yüksəliş havası bürüdü. Hər şey sanki tükənməz bir enerji mənbəyindən şüalandı.
    İcrası namümkün sayılan çox işlərin mümkünlüyünü felən isbatlayan, hər şeyi görən, hər şeyi bilən, hər şeyi bacaran bu cavanmərd rəhbər qısa bir zamanda xalqın dərin və səmimi məhəbbətini qazandı.
    Tam fenomenal bir şəxsiyyət (zahirən və daxilən) olan Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindəndir. O, Yeni Azərbaycanın memarı və qurucusudur. Ulu Öndərin by gün Azərbaycanın muxtəlif guşələrində ucalan abidələri onun ürəklərdə ucalmış heykəllərinin inikasıdır.
    Heydər Əliyev kimi korifey bir şəxsiyyətin həyat və fəaliyyətindən yazmaq cəsarətində bulunmağı ağlıma belə gətirmərəm. Çünki bu mənim bacardığım iş deyil və olsa belə diletantlıqdan uzağa gedə bilməzdim. Odur ki, bilavasitə şahidi olduğum bəzi məqamlardan yazmaq istəyirəm.
    60-cı illərin ikinci yarısında Dağlıq Qarabağda erməni şovinizmi yenidən kükrəməyə başladı. 1967-ci ilin sentyabrında Xankəndində törədilmiş faciəyə(onda üç nəfər azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdi) baxmayaraq, Melkumyan Vilayət Partiya Komitəsinin birinci katibi olaraq qalırdı. Heydər Əliyev çətinliklə Boris Gevorkovu vilayətə rəhbərliyə gətirdi. B. Gevorkov Heydər Əliyevin ideyalarına tam sədaqət nümayiş etdirdi. Vilayətdə sağlam ab-hava yaradıldı. Müəssisələrin ad lövhələri azərbaycanca yazıldı. İclas və müşavirələr daha ermənicə deyil, rusca aparıldı. Vilayətin hər qarışında Azərbaycan Respublikasının ruhu hakim olaraq qalırdı.
    Boris Gevorkov axır məqama qədər bu əqidədən dönmədi. Vilayətdə ilk ixtişaşlar başlananda o təşkilatçıları və onların havadarlarını kəskin hədələdi. Ermənilər isə ilk fürsət düşən kimi onu Moskvanın köməyilə öz adamları olan Henrix Poqosyanla əvəz etdilər. Əgər o vaxt Heydər Əliyev respublika rəhbərliyində olsaydı, yəqin ki, məsələ belə şəkil almazdı.
    1976-cı il idi.Sərsəng Su Anbarının açılış mərasimi keçirilirdi. Açılışda Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev iştirak edirdi. Böyük bayram təntənəsi düzənlənmişdi. Ətraf kəndlərdən də camaat axışıb öz rəhbərinin görüşünə gəlmişdi. Heydər Əliyev camaatla görüşdü, səmimi söhbət etdi. O vaxt bizim kəndə (Umudluya) gedən yolun 4-5 kilometri su altında qalmışdı. Dolama yolla 28 kilometrdən artıq məsafə qət etmək lazım gəlirdi. Camaat çox əziyyət çəkirdi. Kəndin ağsaqqalları məsələni Ümummilli Liderə çatdırdılar. Heydər Əliyev elə oradaca Həsən Seyidova göstəriş verdi. Və çox qısa bir müddətdə kəndin yolu inşa edildi.
    1987-ci il idi. ”Ağdərə-Həsənirz” avtobusuyla (marşrut bi-zim kənddən keçirdi)rayon mərkəzindən gəlirdim. Avtobus sərnişinlə dolu idi. Bir erməni qadını kədər dolu səslə mənə müraciət etdi:
    –Sizin Əliyevin vəziyyəti necədir? Deyəsən, yaman ağır xəs-tədir.
    (Əliyev o zaman Moskvada xəstə yatırdı və xeyli zamandı ki, ittifaq rəhbərləri arasında görünmürdü). Qadının üzünə baxdım. Səsində hüzn duyulan bu qadının gözləri gülürdü.
    Qəzəb məni bürüdü:
    – Özünü dərdli kimi göstərirsən, amma gözlərin gülür, vicdansız artist!-dedim. Söz harsını şillə kimi tutdu. Bir-iki dığa dillənsə də, onlar da tez susmalı oldular.
    Bir müddətdən sonra Heydər Əliyev sağalıb işə çıxdı. Azərbaycanın bütün bölgələrində olduğu kimi, kəndimizdə də əsil toy-bayram oldu. Ailəmiz adından əzizimiz, xalqımızın fəxri və güvənc yeri olan Heydər Əliyevə məktub yazıb imzaladıq. Sağalması münasibətilə hədsiz sevincimizi, şadlığımızı bildirdik və bir daha xəstələnməməsini arzu etdik.

    Zabil Zeynalov,
    Umudlu kəndinin sakini

    Svetlana Əzizovanın ”Heydər Əliyev tərtərlilərin yaddaşında” kitabından

    Müəllif: Redaktor, 12:39

İsmarıclar bağlıdır.