Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Əmək veteranıyam.40 ildən artıq Tərtər poçtamtında montyor işləmişəm. Ailəmizin təsərrüfatla da həmişə əlaqəsi olub. Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdə yaşadığımız Seydimli kəndinin əsasında Nəriman Nərimanov adına kolxoz fəaliyyət göstərirdi. Rayonda ən qabaqcıl təsərrüfatlardan biri idi. Pambıqçılıqda yarış cədvəlində adımız birinci olurdu.
    İndi torpaqlar mülkiyyətçilər arasında bölünüb. Ailəmiz yenə də pay torpağını becərərək, hər il yaxşı göstəricilər əldə edir. Büdcəmizi möhkəmləndiririk.
    Eyni zamanda kəndin infrastrukturu da yaxşılaşıb. Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini daim yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində bir çox layihələr həyata keçirilib. İndi elektrik enerjisi, qaz və su sarıdan korluğumuz yoxdur. Yollarımız abad və rahatdır. Kənddə müasir məktəb binası var. Bir neçə il əvvəl isə Seydimli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi. Hicran Hüseynovanın rəhbərliyi altında burada mehriban və qayğıkeş kollektiv çalışır. Nəvəm Hüseyn də bu bağçada tərbiyə alır. Hətta qonşu kəndlərdən də bura övladlarını gətirən valideynlər var.
    Əmək veteranı kimi hər il dövlət tərəfindən verilən göndəriş əsasında Azərbaycanımızın səfalı yerlərində istirahət edir, sağlamlığımın qayğısına qalıram. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. 30 ildən artıq bir müddətdə Seydimli cəbhəyanı kənd kimi daim təhlükə altında yaşayırdı. Şanlı Qələbəmizdən sonra insanlar rahat nəfəs aldılar. Bir ağsaqqal kimi bütün bunlara görə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi davamçısı cənab İlham Əliyevə kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirirəm.

    Zaməddin İmanov,
    Seydimli kəndinin sakini

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.