Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    YAP Tərtər rayon təşkilatında Tərtər rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının Tədbirlər Planına əsasən 2 fevral –Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

    Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə əvvəlcə 2 fevral Gənclər Günü münasibətilə Tərtər gənclərini təbrik edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Sədr Eldar Əsədov bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəqsanə Məmmədli, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev, Tərtər Suvarma Sistemləri İdarəsinin əməkdaşı, fəal gənc Əqdəm Əlişzadə, Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova, Tərtər şəhər 1 saylı tam orta məkətəbinin müəllimi Nərgiz Dostuzadə və Tərtər rayon Qapanlı kənd tam orta məktəbinin ingilis dili müəllimi Nigar Qurbanzadə çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənclər Prezident İlham Əliyev ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.

    Sonra rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə və 02 fevral Gənclər günü münasibətilə bir qrup YAP fəalına YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov tərəfindən Təşəkkürnamələr təqdim edilmişdir.

    Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirilmişdir.

     

    Müəllif: Redaktor, 09:03

İsmarıclar bağlıdır.