Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    Şəhidlərin xatirəsi əziz tutulur

    YAP Tərtər Rayon Təşkilatında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
    “Dəyirmi masa”nı giriş sözü ilə açan YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 Yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, eləcə də əlil olmuş şəxslərin sosial problemlərinə dövlət tərəfindən qayğı göstərildiyini vurğulayıblar.

     

    Müəllif: Redaktor, 12:35

İsmarıclar bağlıdır.