Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Belə görüşlər zamanı problemlər yaxından öyrənilir,operativ tədbir görülür

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illərdə rayon rəhbərinin bilavasitə yerlərdə həyata keçirdiyi səyyar qəbul-görüşlər bəhrəsini verməkdədir. Belə görüşlər zamanı hər bir kəndin ümumi problemləri daha yaxından öyrənilir, həm də ayrı-ayrı vətəndaşlar üzləşdikləri çətinliklərlə bağlı birbaşa müraciət edə bilirlər ki, bu da məsələlərin operativ həllinə kömək edir.
    Səyyar qəbul-görüşlərdə müxtəlif sahələri təmsil edən rəhbər işçilərin iştirakı da operativliyin təmin edilməsinin şərtlərindən biridir.
    Nəticədə ötən il həm rayon icra hakimiyyətinə, həm də yuxarı təşkilatlara ünvanlanan şikayət məktublarının sayı xeyli azalıb.
    Bu günlərdə Hüsənli kəndində keçirilən səyyar qəbul-görüşdə kənd sakinləri səmimi şəraitdə rayon rəhbərinə öz fikirlərini çatdırıblar, onları narahat edən məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
    Məhəmməd Məmmədovu, Bəxtiyar Qəhrəmanovu, Anar Mustafayevi, İradil Cəfərovu, Tural Əhmədovu, Sənan Əhmədovu, Kamal Hümbətovu diqqətlə dinləyən icra başçısı müraciətlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, araşdırması müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
    Səyyar qəbul-görüşdə icra başçısı eyni zamanda dünyada və ölkəmizdə baş verən proseslər barədə sakinlərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi potensialı artır və getdikcə daha çox ölkələr Azərbaycanla əməkdaşlığa üstünlük verirlər.
    Hər bir səyyar qəbul-görüşdə olduğu kimi, bu dəfə də rayon rəhbəri həmin kəndin tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb. O bildirib ki, uzun müddət düşmənlə bir neçə kilometr məsafə boyunca təmas xətti olan Hüsənli kəndinin sakinləri daim qəhrəman kimi yaşayıb, vətənpərvər övladlar böyüdüblər. Bu sahədə məktəb kollektivi də çox iş görüb, həm təhsildə, həm də vətənpərvərlikdə nümunə olan gənclər yetişdiriblər. Bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də məktəbin məzunları adlarını Azərbaycan tarixinə yazıblar.
    İcra başçısı məktəbdə təlim-tərbiyə prosesinin hazırkı vəziyyəti ilə maraqlanıb və kollektivə tövsiyələrini ve-rib.
    Bundan sonra isə Müstəqim Məmmədov hüquq-mühafzə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Hüsənli kəndindən olan şəhid Taleh Məmmədovun və Eşqin Hüseynovun ailələrini ziyarət ediblər. Hər iki şəhidin qısa, lakin mənalı ömür yolunun səhifələrini yenidən vərəqləyərək valideynlərə səbr diləyiblər. Bildirilib ki, xalq Vətən və torpaq yolunda şəhidlik zirvəsinə ucalanları heç zaman unutmayacaq.
    * * *
    Növbəti səyyar qəbul-görüş Bəyimsarov kəndində keçirilib. Qəbuldan sonra rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik–leytenant Anar Əliyevin ailəsini ziyarət edib, həmçinin Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub.

     

    Müəllif: Redaktor, 12:06

İsmarıclar bağlıdır.