Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Birliyimizin təcəssümü

    Qardaş Türkiyədə təbii fəlakət nəticəsində minlərlə insanın həyatını itirməsi, yaralanması, evsiz-eşiksiz qalması hər bir azərbaycanlı tərəfindən ürək ağrısı ilə qarşılandı. Lakin bununla yanaşı Azərbaycan dərhal birinci olaraq Türkiyəyə kömək əlini uzatdı. Qardaş ölkəyə yardım göstərmək məqsədilə bütün vətəndaşlarımız səfərbər olublar.
    Zəlzələdən zərərçəkənlərə yardım aksiyasına Qəhrəman Tərtərin vətəndaşları da fəal qoşulublar. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edən Nursəfa Abbasov deyir ki, hər bir tərtərli türkiyəli qardaşlarımıza yardım etmək üçün əlindən gələni əsirgəmir. Bu, ürəkdən gələn bir istəkdir. Yalnız maddi deyil, həm də mənəvi dəstək, birliyimizin təcəssümüdür.
    Şəhərimizin Ədalət Paşayev küşəsində yerləşən yardım-toplama məntəqəsində olaraq, sakinlərdən bir neçəsi ilə söhbət etdik.
    Samirə Həsənova, Zeynalabdin Tağıyev küçəsi-nin sakini:
    – 2 övlad anasıyam. Televizorda dağıntılar altından çıxarılan körpələri görəndə, göz yaşlarımı saxlaya bilmirəm. Qardaş ölkənin xalqına səbr və dözüm arzulayıram. İnanıram ki, birlikdə, əl-ələ verərək bu ağır dönəmdən keçəcəyik. Hər bir tərtərli ailəsi kimi, mən də gücüm çatan yardımı gətirmişəm ki, türkiyəli balalar soyuqdan əziyyət çəkməsinlər.
    Ayaz Məmmədov, Hüseyn Cavid küçəsinin sakini:
    – Qardaş ölkədə baş verən təbii fəlakət hər kəsə olduqca ağır təsir etdi. İndi o insanların köməyə ehtiyacı var. Biz də bu aksiyaya qoşularaq, zəlzələdən zərərçəkənlərin durumunun az da olsa yaxşılaşdırılmasına yardımçı olmaq istəyirik.
    Tərtər Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Zabil Paşayev deyir ki, tərtərlilər dost ölkəyə göndərmək üçün yorğan, döşək, isti geyim əşyaları gətirirlər. Ancaq bunlardan da önəmlisi, onların ürəyində olan məhəbbət, mənəvi dəstəkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:17

İsmarıclar bağlıdır.