Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Fevralın 6-sı gecə saatlarında qardaş Türkiyənin on vilayətində baş verən zəlzələ dünyanın bütün humanist xalqları kimi Azərbaycan xalqını da sarsıtdı. Bu qarşısıalınmaz təbii fəlakət hamımızın qəlbini kədərlə doldurdu. Bütün türk xalqı fəlakətdən zərərçəkənlərə kömək üçün səfərbərdir. Dövlət qurumları ilə bərabər vətəndaşlar da əllərindən gələn köməyi etməyə çalışırlar. Xilasedicilərin köməyinə gələn kütlə zərərçəkənləri xilas etmək üçün gecəli-gündüzlü çalışır.
    Azərbaycan dövləti həmişə olduğu kimi qardaş Türkiyənin yanındadır. Bir millət, iki dövlətin sarsılmaz birliyi bu çətin vəziyyətdə bir daha sınandı. İlk Azərbaycan olmaqla bütün humanist dövlətlər köməyə gəldilər.
    Prezidentimizin tapşırığı ilə FHN-nin yüzlərlə xilasedicisi təyyarə ilə fəlakət zonasına yola salındı. Onlar çətin hava şəraitində dağıntılar altında qalanların xilası üçün gecə-gündüz çalışırlar. Zəlzələdən zərərçəkənlər üçün yaradılan ianə fonduna hər saat yüzlərlə adam müraciət edir. Hümanitar yardım gətirənlərin isə sayı-hesabı yoxdur. İsti adyallar, yorğan-döşək, pal-paltar, isti ayaqqabılar, uşaq bezləri, yaşıdlarının dərdini yüngülləşdirməyə çalışan azyaşlılar öz oyuncaqlarını belə türk soydaşlarına göndərmək üçün gətirirlər. Bu işə tərtərlilər də qoşulublar. Rayon sakinləri zəlzələdən zərər çəkənlərə hu-manitar yardım göstərmək üçün əllərindən gələn köməkliyi etməyə çalışırlar.
    Əsrlərdən bəri qaynayıb-qarışmış azərbaycanlılar və türklər bu çətin gündə birlikdədirlər. Dövlətimizin Türkiyədə yaşayanların, təhsil alanların vəziyyətindən xəbərdar ol-maq üçün yaratdığı qərargah gecə-gündüz bilmədən fəaliy-yətdədir.
    Zəlzələ baş verən 10 vilayətdə fövqəladə vəziyyət elan olunması vəziyyətin nə də-rəcədə ağır olduğunun sübutudur. Minlərlə insanın həyatını itirməsi, on minlərlə yaralının olması, saysız dağıntılar, hava şəraitinin ağır olması insanların əzmini qıra bilmir. Hamı son anadək əlindən gələni etməyə çalışır. Hər xilas edilən türk qan qardaşımızdır.
    Türkiyədə elan olunan 7 günlük matəm qəlbimizi hüznlə doldurur. Biz hər zaman yanındayıq, Türkiyə! Çətinliklərin arxada qalsın!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:32

İsmarıclar bağlıdır.