Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

    “Ulu Öndər Heydər Əliyev arzularında yaşatdığı Azərbaycanı hələ birinci rəhbərliyi dönəmində qurmağa başlamış, arzu və istəklərini bu istiqamətə yönəltmişdir. Məhz buna görə də onun adı xalqın simvoluna, həyat və fəaliyyəti isə xalqın məhəbbət və sədaqət simvoluna çevrilmişdir”. Bu sətirlər rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda keçiri-lən inşa yazı müsabiqəsinin qaliblərindən birinin ürək sözləridir.
    Müsabiqədə 35 nəfər yuxarı sinif şagirdi iştirak edib. Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev müsabiqənin yekunları barədə danışarkən deyib ki, hər bir şagirdin inşası yüksək yer tutmağa layiqdir. Çünki uşaqlar Ulu Öndər haqqında fikirlərini o qədər böyük məhəbbətlə ifadə etmişlər ki, bu sətirləri həyəcansız oxumaq mümkün deyil. Yazılarda həmçinin Ümummilli Liderimizin ideyalarının onun siyasi varisi, hamımızın sevimlisi olan, bizə möhtəşəm Qələbə sevincini yaşadan Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi göstərilib.
    Müsabiqənin qalibləri artıq müəyyənləşdirilib.
    I yerə Seydimli kənd tam orta məktəbin X sinif şagirdi Fatimə Məmmədli, II yerə Umudlu kənd tam orta məktəbin IX sinif şagirdi Səma Rəhimli, III yerə şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Ofelya Abdullayeva layiq görülüblər. IV yerin üç qalibi olub. Bunlar Kəngərli kənd tam orta məktəbin XI sinif şagirdi Təhminə Əsgərli, Evoğlu kənd tam orta məktəbin X sinif şagirdi Gülay Əlizadə və şəhər 2 saylı məktəbliseyin şagirdi Aysu Qurbanlıdır.
    Sonda yenə şagirdlərin dili ilə demək istəyirik: “Qurtuluş böyük bir prosesdir. Əvvəli var, sonu yoxdur. Davam edir. Başlanğıcını möhtəşəm Heydər Əliyev qayıdışı ilə qoydu. Davam etdirmək isə öndə İlham Əliyev olmaqla hamımızın vəzifəsidir”.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:39

İsmarıclar bağlıdır.