Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Novruz gəlir. Ən əziz, ən doğma, ən sevimli bir bayram – Bahar Bayramı! Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü qeyd edir. İnsanlar bu bayrama bir ay qalmış hazırlaşırlar. Həyət-bacada, evlərdə təmizlik işləri aparılır, baharın gəlişinə hazırlıq görülür. Doğurçu dörd çərşənbənin hər biri insanların yaşaması, bütün həyatı üçün vacib olan dörd ünsürə – suya, oda, küləyə və torpağa həsr olunur. Bu da onu göstərir ki, Novruz ən müdrik, ən qədim bayramlardan biridir. Həmin günlərdə analar, bacılar şəkərbura, paxlava, badambura və başqa şirniyyatlar bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar .
    El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə bayramlaşmağa gedirlər. Uşaqlar, gənc qızlar, oğlanlar məşəl yandırıb, tonqal üstündən tullanıb əylənirlər. Novruzda yumurta boyayırlar. Əvvəlcədən hazırlanmış səməni halvası da süfrədə olur. Daha sonra uşaqlar evlərə papaq atırlar və onun içi şirniyyatlarla doldurulur. Qadınlar isə qulaq falına çıxırlar. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi daha təntənə ilə qeyd olunur.
    Novruz bayramında şəhərlərdə, ən əsası da kənd yerlərində uşaqlar müxtəlif oyunlar hazırlayıb, yumurta döyüşdürürlər. Yumurta döyüşdürmək isə balaca vaxtımızdan hamımızın ən sevimli adətidir. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa Novruz bayramının əsas personajlarından biridir. Onlar duzlu-məzəli söhbətləri ilə uşaqlara sevinc gətirir, əyləndirirlər. Bir sözlə, baharın gəlişi hamını ruhlandırır. Qaranquşların qanadında yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Yavaş-yavaş qış yuxusundan oyanan torpağın, ağacların, gül-çiçəklərin qoxusu gəlir.
    Bayramımız mübarək!

    Səbinə ELXANQIZI,
    Naxçıvan Dövlət Universitetinin
    jurnalistika ixtisası üzrə
    I kurs tələbəsi

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.