Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Oruc tutun ki, həm ruhunuz, həm də cisminiz sağlam olsun

    Bismillahir –Rəhmanir-Rəhim.
    Mehriban və bagışlayan Allahın adı ilə.
    … Ey iman gətirənlər, sizdən əvvəlkilərə (ümmətlərə) yazıldığı kimi, sizə də oruc yazıldı və qərara alındı ki, bəlkə (ruhunuz qüvvətlənə və nəfsi istəklərdən) çəkinəsiniz. (Bəqərə sur, 183 ayə)
    İnsanı ucaldan amillərdən biri də onun öz nəfsinə qalıb gəlməsidir. Təsadüfi deyildir ki, ağır döyüşdən qayıdan səhabələrə Hz. Peyğəmbərimiz “Kiçik cihaddan qayıdanlara salam olsun” – deyib. Səhabələr: “Ya Rəsulallah! Biz ağır bir döyüşdən gəlirik, yaralanmayan adam qalmayıb. Amma siz bu döyüşü kiçik sayırsınız”. Peyğəmbərimiz cavabında onlara belə buyurur: “Ən böyük cihad insanın nəfsi ilə apardığı cihaddır. Qılınc oynatmağa, ox atmağa, qalxan tutmağa nə var ki?!”
    Ramazan sözünün mənası “yandırmaq” deməkdir. Yəni, insanlar bu ayda oruc tutub, pəhriz saxlamaqla həm mənəvi, həm də cismani cəhətdən əlavə bir yüksəliş əldə edirlər. Sevimli peyğəmbərimiz buyurub: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Oruc tu-tun ki, sağlam olasınız”. Və həm də bu aya dua ayı deyilir.
    Bəqərə surəsinin 186-cı ayəsində Uca Rəbbimiz belə buyurur: (Peyğəmbərə.s. xitabən) ”Mənim barəmdə soruşanda (de ki,) Mən, həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar. (haqq yolunu).
    Ramazan ayının gəlişi bu il (2023) mart ayının 22-23-ə təsadüf edəcək. Biz də bu duaların qəbul olduğu ayda Uca Rəbbimizdən diləyirik ki, dünyamızda əmin-amanlıq bərqərar etsin. Türkiyədə, Suriyada, Xoy şəhərində zəlzələdən dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfalar diləyirik və Allahdan təvəqqəmiz budur ki, dövlətimizi və bütün dünyamızı zəlzələlərdən və təbii fəlakətlərdən qorusun. İlahi amin. Allah oruc və dualarımızı qəbul etsin!

    Saleh ƏDİLOV,
    Tərtər “Cümə” məscidi imamının müavini

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.