Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Son illər Tərtər rayonunda sənaye sahəsi sürətlə inkişaf edir. Rayon iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul buraxılışının 7.3 faizi sənaye sahəsinin hesabına formalaşır.
    2022-сi ildə rayonda sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2021-ci illə müqayisədə 35.7 faiz artaraq 17206.2 min manat təşkil etmişdir ki, onun da 3440 min manatı və ya 20 faizi qeyri-dövlət sektorunun payına düşür.
    Sənaye məhsulunun 546 min manatı və ya 3.2 faizi mədənçıxarma, 7480.4 min manatı və ya 43.5 faizi emal, 7780 min manatı və ya 45.2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1399.8 min manatı və ya 8.1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. 2021-ci ilə nisbətən emal sənayesi 5.2 dəfə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi 39 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi 10.3 faiz artmışdır.
    İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, 2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 3207.6 min manatlıq hazır məhsul qalığı olmuşdur.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.