Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    BEYNƏLXALQ QADINLAR BAYRAMINI İKİQAT SEVİNCLƏ QARŞILADI

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə həmyerlimiz, Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva Azərbaycan Respublikası Prezidentinin 6 mart 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Tünzalə xanımı yüksək dövlət mükafatı münasibətilə ürəkdən təbrik edir, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq. Qeyd edək ki, Tünzalə Vəli qızı Vəliyeva şəhərimizdəki 1 saylı tam orta məktəbin məzunudur. 1993-cü ildə Gəncə Dövlət Texnologiya Universitetini bitirib. 2020-ci ilin yanvar ayından Tərtər Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
    Fəal ictimaiyyətçi, qayğıkeş insan olan Tünzalə xanım ötən illər ərzində tərtərlilərin böyük hörmətini qazanıb.
    Qəzetimizə verdiyi qısa müsahibə zamanı Tünzalə Vəliyeva dedi:
    –Bütün Azərbaycan qadınları adından Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşək-kürümü bildirirəm. Ona görə ki, ölkəmizdə qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Məhz buna görə də qadınlarımız hər bir sahədə həvəslə çalışır, irəli çəkilirlər. “Tərəqqi” medalı ilə təltif olunmağım məsuliyyətimi qat-qat artırıb. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
    Qadınlarımız dövlət qulluqçuları, bələdiyyə sədrləri, müəllim və həkim, mühəndisdirlər. Onlar ailə ocağının isti nəfəsi, mehriban ana, qayğıkeş həyat yoldaşıdırlar.
    Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
    Keçmiş ənənələr bu gün də layiqincə davam etdirilir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.