Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqrımı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB-in, Tərtər Rayon İcra Hakimiyyətinin, “Servier” dərman şirkətinin dəstəyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Ağdam rayonlarından olan şəhid ailələrinə və qazilərə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən kardioloji, endokrinoloji və nevroloji xidmətlər göstərilib.
    Aksiya çərçivəsində Tərtər, Bərdə, Ağdam rayonlarından olan 200-dən artıq şəhid ailəsi, qazi və müharibə iştirakçısı tibbi müayinədən keçirilib, onlara müvafiq təyinatlar verilib.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova, kardioloq həkimlər Təranə Cabbarova, Mədinə Əzimova, Təvəkkül Yusifov, Rafiq Yusifli, Lətafət Eyvazova, Elmira Həsənova, Aytən Quliyeva, nevropatoloqlar Sürəyya Qasımova, Fatma Osmanova, Fəridə Yaqubova, EXOKQ həkimləri Nigar Qabiyeva, Fidan Əzizova, Şahzadə Abdullayeva və müayinəyə gələn şəhid ailələri, qazilərlə görüşüb. Onlarla səmimi söhbət zamanı icra başçısı müstəqil Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçmiş şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə, müharibə veteranlarına mütəmadi surətdə dövlət tərəfindən, şəxsən respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı göstərildiyini, sosial problemlərinin həll olunduğunu, respublika Prezidentinin bütün dövlət qurumları qarşısında bu həssas təbəqədən olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi qoyduğunu bildirib. Respublika Prezidenti cənab İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə dediyi sözləri dilə gətirib: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və bunu təmin edirik”. Bu gün keçirilən bu tibbi müayinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Aksiyadan sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə rayon icra hakimiyyətinin inzibati binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata keçirdikləri üçün təşəkkür edərək, rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.

     

    Müəllif: Redaktor, 11:34

İsmarıclar bağlıdır.