Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Yan

    Изображение 005Изображение 076Bayramlar münasibəti ilə şəhə-rimizin Mərkəzi meydanı xüsusi zövqlə bəzədilmişdi. Burada qurulan yaraşıqlı və möhtəşəm yolka tərtərlilərin, xüsusən də uşaqların sevincinə səbəb olmuşdur. Изображение 106Изображение 176Yolkanın ətrafındakı Şaxta Baba və Qar Qız şəhərin bayram əhval-ruhiyyəsinə sehrli bir ovqat qatırdılar. Hər kəs inanırdı ki, yolkanın ətrafında söylənilən bütün arzu və di-ləklər, xoş niyyətlər yeni ildə gercəkləşəcək, Azərbaycan xalqı, o cümlədən tərtərlilər xeyirli, uğur-lu bir ilə qovuşacaqlar. Elə bu niyyətlə də 31 dekabr–Dünya Azər- baycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli ümumrayon bayram tədbiri keçirildi.
    Изображение 178
    Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik etdi, Ümummilli
    Изображение 185Liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2015-cü ildə qazanılan uğurlardan danışdı. Bildirdi ki, yola saldığımız ildə rayonun makroiqtisadi gös-təriciləri yüksəlib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, sosial tərəqqiyə nail olunub. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istiqa-mətində mühüm işlər görülüb, Tərtər şəhəri daha da inkişaf edib, gözəlləşib. Bu il Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının və Qapanlı kənd tibb məntəqəsinin tikintisi başa çatdırılaraq isti-fadəyə verilib. 29 ictimai binanın dam örtüyü yenidən qurulub, Tərtər “Cümə” məscidində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin prospekt və küçələrində geniş abadlıq-quruculuq işləri görülüb. Rayon ərazisindəki yol kənarlarında və yaşayış məntəqələrində 35 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib. Əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə rayonun kəndlərində 14 ədəd subartezian quyusu qazılıb.
    Rayonun 32 yaşayış məntəqə-sində sakinlər mavi yanacaqdan istifadə edirlər. 11 kənddə işlər davam etdirilir. Qarşıdan gələn ilin Novruz bayramınadək rayonumuzda qazlaşdırılmayan kənd qalmayacaq.
    Rayon rəhbəri tərtərlilərin fədakar əməyini razılıq hissi ilə qeyd edərək bildirdi ki, ötən il onların fəaliyyəti möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilib. Üç nəfər ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına, bir nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Rayonun tarixində ilk dəfə olaraq şəhər 1 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülüb. Bu, cənab Prezidentin bütün tərtərlilərə gös-tərdiyi yüksək qayğı və diq- qətin təzahürüdür.
    Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İda-rəsinin inzibati-laboratoriya bina-sının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd fərdi evin tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası davam etdirilir. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır.
    Çıxışının sonunda icra başçsı dedi:
    –– Əziz, qəhrəman tərtərlilər! Sizin hər birinizin bu gün qürur duymağa haqqınız var. Ona görə ki, Qarabağ müharibəsi illərində bu torpağı qəhrəmancasına müdafiə etdiyiniz kimi indi də rayonumuzun abadlaşdırılmasında, ölkəmizin iqtisadi gücünün artmasında layiqincə iştirak edirsiniz. Bir daha bayramlarınızı təbrik edirəm. Qoy qarşıdan gələn yeni il hər bir ailəyə bol-bol sevinc bəxş etsin, evlərinizdən ruzi-bərəkət əskik olmasın!
    Bayram tədbirində 2015-ci ildə rayonun ictimai-siyasi hə-yatında, sosial-iqtisadi inki-şafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiy-mətli hədiyyələr verildi.
    Təltif olunanlar arasında 80 illik yubileiyini qeyd edən ra-yon ağsaqqallar şurasının sədri, şair-jurnalist Qədir Allahver-diyev, 75 yaşlı həmişə gənc və gümrah güləş üzrə idman ustası Sabir Zeynalov və 30 yaşında məsul vəzifədə çalışan rayon icra hakimiyyəti baş-çısının müavini Elvin Umudov da vardı. Yubilyarlar adından çıxış edən Qədir Allahverdiyev onlara göstərilən qayğıya görə rayon rəhbərinə təşəkkürünü bildirdi, yeni ilimizin xeyirli olmasını arzuladı.
    Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırdılar, uşaqlarla birgə rəqs etdilər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə tərtərlilərdə xoş ovqat yaratdılar.

    Müəllif: Redaktor, 08:06

İsmarıclar bağlıdır.