Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    BAŞ VERƏNLƏR UNUDULMUR

    “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, er-mənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”.

    Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanından.

     

    31 mart 1918-ci il tarixdə Bakı şəhərində Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilmişdi.
    Həmin gün səhər çağlarından şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərə əvvəlcədən bu barədə xəbərdarlıq edilmişdir. Ona görə də bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçmişdilər. Soyqırımın həyata keçirilməsinə Stepan Şaumyan rəhbərlik edirdi. O özü bu barədə belə yazırdı: “Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. “Daşnaksütyun”ların da bizim tabeliyimizə verilmiş 3-4 minə yaxın milli ordusu vardı. Döyüş soyqırım formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik”.
    O dəhşətli gündə ermənilər müsəlman məhəllələrinə soxularaq insanları yaşından. cinsindən asılı olmayaraq vəhşicəsinə öldürür, süngü ilə deşik-deşik edirdilər. Azərbaycanlılar qətlə yetirilmiş insanları dəfn etməyə belə macal tapmırdılar. Hər yan eybəcər hala salınmış, yandırılmış meyitlərlə dolu idi.
    Azərbaycanlıların 1918-ci ilin martın 31-dən başlayan soyqırımı sonrakı günlərdə də davam etdirildi. Bakıda təkcə bir həftə ərzində əksəriyyəti dinc sakin olmaqla, 12 mindən çox insan vəhşicəsinə öldürüldü.
    Soyqırım hadisələri təkcə Bakıda deyil, Azərbaycanın digər şəhər və kəndlərində də törədildi.
    Ermənilərin Şamaxı şəhərində və ətraf kəndlərdə törətdikləri mütəşəkkil vəhşiliklər bir neçə gün davam edib. Quba qırğınları isə Şamaxı hadisələrinin davamı olub.
    1918-ci ildə Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası ermənilərin törətdikləri soyqırımın araşdırılmasına başlamışdır. Lakin Xalq Cümhuriyyətinin ömrü qısa olduğu üçün bu iş də yarımçıq qalmışdı.
    1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edildi.
    44 günlük müharibədə əldə etdiyimiz tarixi Zəfərlə bütün şəhidlərimizin ruhu şad oldu. Bununla yanaşı, xalqımız baş verən cinayətlərə hüquqi qiymət verilməsini tələb edir və dövlətimiz bu istiqamətdə ardıcıl işlər aparır. Hər bir azərbaycanlı soyqırımın mahiyyətini dərk etməli və baş verənləri unutmamalıdır.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.