Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Apr

     Aprelin 1-də Tərtər Rayon İcra Hakimiyyətində Tərtər rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarəti gücləndirmək məqsədilə yaradılmış rayon qərargahının növbəti tədbiri keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aparatın məsul əməkdaşları, rayon qərərgahının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndlər və bələdiyyə sədrləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dünyada su probleminin ciddi hal aldığını qeyd edib. Bildirib ki, qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görülür. Vurğulayıb ki, davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsi əsas rol oynayır.

    Rayon rəhbəri çıxışında qeyd edib ki, su qıtlığının qarşısını almaq məqsədi ilə rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsiplərinə uyğun verilməsinə və rayon ərazisində yeni subartezian quyuları qazılarkən susuzluqdan daha çox zərər çəkən və dövlət əhəmiyyətli kənd təsərrüfatı məhsulları əkilən ərazilərin seçilməsinə ciddi nəzarət edilməlidir.

    Tədbirdə həmçinin su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb. Mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə etmək məqsədi ilə icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında maarifləndirmə işləri aparılması tövsiyyə edilib.

    Müəllif: Redaktor, 08:27

İsmarıclar bağlıdır.