Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
    Yoxsa da dünyanın ucu-bucağı,
    Hər yerdən istidir ana qucağı.
    Xəstələndikdə şəfalı əlləriylə, sevgi dolu ürəyiylə anamız bizi sağaldır, hər an bizim qayğımıza yenə də anamız qalır.
    Biz dünyaya gəldiyimiz üçün hər birimiz borcluyuq – Göydə Allaha, yerdə valideynlərimizə. Elə bir borc ki, bir ömür ödənməz. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər,
    Analar bəzən bizə hirslənsələr də, onlar həmişə bizim xeyrimizə danışırlar. Ona görə də analarımızı sevməli, hörmət etməliyik. Ana sevgisi dünyada sevgilərin ən gözəlidir. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Bir sıxıntımız olanda, başımızı ana qucağına söykəyib rahatlıq tapırıq. Problemlərimizi analarımızla bölürük. Fikrimizi çəkinmədən ilk anamıza deməliyik. Unutmayaq ki, onlar bizim arxamız, bizi hər kəsdən çox sevən insandırlar. Biz onlara özümüz haqqında hər şeyi danışa bilərik, çünki bizi hər cür pisliklərdən qorumağa çalışan insandır Ana. Onlar bizi sevindirdiyi kimi, biz də onları sevindirməliyik. Valideynə heç vaxt hörmətsizlik göstərməməli, onun bir dediyini iki etməməliyik. Əgər onun bizim qayğımıza ehtiyacı varsa, necə ki o bizi körpəlikdə böyüdüb, indi isə biz ona baxmalı, ondan üz döndərməməliyik. Ayağının altında cənnət olan insanın nə qədər müqəddəs olduğunu həmişə bilməliyik, onu çox, çox sevməliyik. Göydə Allah, yerdə anadır insanı qoruyan. Allahdan sonra qarşısında səcdə edə biləcəyim yeganə varlıqdır Ana.
    Onun duaları olmasaydı, ah,
    Ömrüm puç olardı yəqin bir sabah.
    Allah bütün anaları qorusun. Onlar bizim baş tacımızdır.

    Səbinə ELXANQIZI,
    Naxçıvan Dövlət Universitetinin
    Jurnalistika ixtisası üzrə
    I kurs tələbəsi

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.