Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    TANRININ XALQIMIZA BƏXŞ ETDİYİ ECAZKAR MÖCÜZƏ

    Ulu Öndər Heydər Əliyev haqqında fikir söyləmək olduqca məsuliyyətlidir və məsuliyyətli olduğu qədər də böyük şərəfdir. 40 illik əmək fəaliyyətim dövründə rast gəldiklərim əsasında deyərdim ki, Heydər Əliyev Ulu Tanrının bizə bəxş etdiyi ecazkar bir möcüzədir. Mən Heydər Əliyevin həyat və fəaliyyətini bütövlükdə dünyanın ən böyük şah əsərinə bənzədirəm. O şah əsər ki, onun mərkəzində dünənimizin, bu-günümüzün və sabahımızın qarantı olan, özünün təbirincə desək, “Nə qədər Azərbaycan var, mən də varam” deyən Heydər Əliyev durur.
    Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan səhiyyəsində görülən işlər göz qabağındadır. Respublika Milli Onkoloji Elmi Mərkəzin, Talassemiya Mərkəzinin, Uşaq Endokrinoloji Mərkəzin də istifadəyə verilməsi məhz Ulu Öndərimizin adı ilə bağlıdır.
    Tərtərimizin ən ağır günlərində, Tərtərdə qan su yerinə axan dövrlərdə həkim işlədiyim üçün, məhz o dövrdə Heydər Əliyevlə görüşlərimi və Ulu Öndərimizin Tərtərlə bağlı söylədiyi tarixi bir kəlamı sizə çatdırmaq istərdim. 1998-ci ildə Azərbaycan qadınlarının birinci qurultayında tarixi bir möcüzə yaşadıq. O tədbirdə Qarabağ qadınları adından müharibə ilə bağlı çıxış etdim.
    Ulu Öndərimiz çıxışımı sona qədər çox diqqətlə dinlədi. İclaslararası fasilədə elan etdilər ki, Heydər Əliyev foyedə qadınlarla görüşmək istəyir. Təbii ki, hamı görüşmək istəyirdi, amma mən çox böyük səbr və təmkinlə Tərtər rayonunun nümayəndə heyəti ilə Heydər Əliyevin ayrıca görüşməsini istədim və Ümummilli Liderə yaxınlaşaraq: “Möhtərəm Prezident, Qəhrəman Tərtər anaları Sizinlə görüşmək arzusundadırlar”, – deyə müraciət etdim. İnanın, özünəməxsus qürurla Heydər Əliyev irəli yeridi və ilk sözü bu oldu: “Tərtərin anaları da qəhrəmandı, ataları da qəhrəmandı və bütövlükdə Tərtər Qəhrəman şəhərdir.” Bax, bu idi Ulu Öndərimizin Tərtər rayonuna və tərtərlilərə verdiyi qiymət. Və bir kəlmə dedi ki, çıxışınız mənə çox təsir etdi. Müharibədə bütün fəaliyyətiniz və fədakarlığınız mənə məlumdur. İstərdim ki, səhiyyə sistemində ən qlobal problemləri mənə çatdırasınız. Dedim, cənab Prezident, ömrü boyu torpaqlarımızda yaşayan, havamızı udan, suyumuzu içən, çörəyimizi yeyən bədnam, nankor qonşularımızın atdıqları top, qrad mərmiləri rayonun tibb müəssisələrini, məxsusi olaraq sərhəd kəndlərində yerləşən tibb müəssisələrini yararsız hala salmışdır. Doğum evlərində analar şam işığında dünyaya övlad bəxş edirlər. İnanın, bir an içərisində ətrafında olan vəzifəli şəxslərə ciddi tapşırdı ki, təcili qrup yaradılsın, bu qadının iştirakı ilə Tərtərdə bütün tibb müəssisələri yoxlanılsın, yekunda mənə məlumat verilsin. Elə həmin il böyük bir nümayəndə heyəti ilə iki aya yaxın iş aparıldı və mən sübut etdim ki, həmin tibb müəssisələri məhz erməni nankorları tərəfindən yararsız hala salınmışdır. 1999-2000-ci illər rayonda səhiyyə sistemində, sözün əsl mənasında, sıçrayış illəri oldu. Sərhəd kəndlərində kənd xəstəxanaları və ambulatoriyalar tikildi. Mərkəzi xəstəxana və uşaq xəstəxanası əsaslı təmir olundu, müasir tibb avadanlıqları və inventarlarla təchiz olundu. Bax, bu idi Heydər Əliyevin dahiliyi, tərtərlilərə olan sevgisi, diqqəti və qayğısı.
    Bu gün çox şükürlər olsun ki, Ulu Öndərimizin ideyaları və arzuları çiçək açır. Ümummilli Liderimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandanımız, respublika səhiyyəsinin inkişafında elə bir addımlar atdı ki, Azərbaycanın səhiyyə müəssisələri dünyanın ən müasir tibb ocaqları ilə bir sırada dayanır. Hamımız şahidik ki, son illər dünyada tüğyan edən COVİD-19 virus infeksiyası ilə mübarizədə ölkəmizdə yeni tikilən səhiyyə müəssisələri öz sözünü dedi.
    Xoşbəxtəm ki, Azərbaycan qadınıyam və bu gün bir sıra dövlətlərdə Qarabağımızı təmsil edən həkiməm. Hətta 2020-ci ildə “Xocalı tarixin qan yaddaşıdır” layihəsi çərçivəsində qonşu Gürcüstan dövlətində, İstanbulda, Ankarada, hətta Tür-kiyə Böyük Millət Məclisində Qarabağ müharibəsi ilə bağlı çıxış edərək, Azərbaycanımızı təmsil etmişəm. Harada oluramsa olum, ən böyük məqsədim, amalım dövlətim, dövlət-çiliyimiz və böyük Azərbayca-nımız olub. Mən həkiməm və bu gün də hər bir tərtərlim üçün, hər bir qazimizin sağlamlığı üçün canımı qurban verməyə hazıram.
    Ulu Öndər Heydər Əliyevin arzularını, vəsiyyətlərini dönmədən həyata keçirən Prezident İlham Əliyevə Tərtər qadınları adından dərin təşəkkürümü bildirirəm.

    Məhəbbət PAŞAYEVA,
    həkim, şəhid bacısı,
    I Qarabağ müharibəsi veteranı

     

    Müəllif: Redaktor, 11:04

İsmarıclar bağlıdır.