Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Yan

    maxresdefaultSÜCAYƏT

    Gedənləri anda verib, yolundan.
    Saxlayıram, yatmıram ki, gecələr.
    Düz altmış min göz-göz olan yaranı.
    Bağlayıram, yatmıram ki, gecələr.

    Yurd-yuvamız viran olub talanıb,
    Bulaqların nəğməsi də bulanıb.
    Addım-addım o dağları dolanıb,
    Yoxlayıram, yatmıram ki, gecələr.

    Çox yanmışam, olmamışam belə mən,
    Dərd çəkməyə yaranmışam elə mən.
    Gah dönürəm aşıb-daşan selə mən,
    Çağlayıram, yatmıram ki, gecələr.

    Taleyimiz dərdimizi qudurdub,
    Vətən dərdi Sucaəti oturdub.
    Balaları gülə-gülə yatırdıb,
    Ağlayıram, yatmıram ki gecələr…

    Müəllif: Redaktor, 09:00

    Teqlər:

İsmarıclar bağlıdır.