Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    Qəzetin tarixi Tərtərin tarixidir

    Əziz tərtərlilər, hörmətli oxucularımız!
    Bildiyiniz kimi, ayrı-ayrı illərdə müxtəlif adlarla –“Kolxozçuların varlanması yolunda”, “Qızıl bayraq”, “Tərtər” və hazırda “Yeni Tərtər” adı ilə nəşr olunan bizim rayon qəzetinin bu ilin aprelində 89 yaşı tamam oldu.
    90 illik yubileyimizə cəmi bir il qaldı. Qəzetin tarixi Tərtərin tarixidir. Yubileyə hazırlıq ilində biz bu tarixi vərəqləməyə çalışacağıq.
    Bu işdə oxucularımızın köməyinə ehtiyacımız var. Məsələn, bilirik ki, 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə çap olunan qəzet Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Şöbənin rəisi Nazim Məmmədovun imzası ilə çıxırdı. 1934-cü ildən 1937-ci ilin sentyabrınadək qəzetin redaktoru Xəlil Şəfizadə, 1937-ci ildən 1939-cu ilədək Qənbər Nəbiyev olub. Sonrakı illərdə Əli Ağayev, Aydın Məmmədxanov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov və Tofiq Yusif redaksiyaya rəhbərlik ediblər.İlk redaktorla bağlı məlumatımız çox azdır. Nazim Məmmədov, Xəlil Şəfizadə barədə bilgiləriniz varmı? Yəqin ki, onların qohumlarından kimlərsə indi də rayonumuzda yaşayır. Yaxud rayonumuzun yaşlı sakinlərinin yaddaşında hansısa xatirələr qalıb. Ümumiyyətlə, bilirik ki, bu gün çoxlarınızın evində sevə-sevə saxladığınız köhnə qəzet sayları var ki, orada haqqınızda, yaxud ailə üzvləriniz haqqında məqalələr, oçerklər dərc olunub. Qəzetimizlə bağlı hər birinizin xatirələri bizim üçün maraqlıdır.
    Əziz oxucular! Bu gün qəzetimizin sizin maddi və mənəvi köməyinizə ehtiyacı var. Əminik ki, Siz bu köməyi əsirgəməyəcəksiniz.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:08

İsmarıclar bağlıdır.