Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    MÜALİCƏLƏRLƏ YANAŞI MƏNƏVİ QAYĞI SƏHHƏTİMİZİ YAXŞILAŞDIRDI

    Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan olan biz şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçdik.
    Otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüadiaqnostika və nevroloji müayinələrdən keçdi. Bizə EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparıldı.
    Müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin edildi, digər patologiya aşkar olunanlar isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirildi.
    Mən də həmin şəhid anaları arasında idim. Düzünü deyim ki, səhhətimdə narahatçılıq olsa da, müalicəyə getmək istəmirdim. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təkidi ilə Bakıya getdim, bütün lazımi müayinələrdən keçdim. Müalicələrlə yanaşı bizə göstərilən diqqət hər bir şəhid anasının səhhətinə müsbət təsir etdi.
    Bundan əvvəl isə həyat yoldaşının ürəyində ciddi problem vardı. O, ürəyindən əməliyyat olundu. Həmin vaxt xəstəxananın qarşısına yüzlərlə insan yığışaraq bizə dəstək olduqlarını nümayiş etdirdi.
    Bir sözlə, biz tək deyilik
    Bunun üçün Prezidentimizə, dövlətimizə, bizə böyük diqqətlə yanaşan tibb işçilərinə və rayon rəhbərliyinə təşəkkürümü bildirirəm.

    Maya İSKƏNDƏROVA

    Müəllif: Redaktor, 12:46

İsmarıclar bağlıdır.