Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb.
    Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Əli Paşayev, Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə, aqrotexnik Mayıl Məhərrəmov, şöbə müdiri Ziyəddin Mehdiyev və aqronom Zəminə Qasımova çıxış edərək, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi tarixə həkk olunduğunu vurğulayıblar.

    Müəllif: Redaktor, 12:55

İsmarıclar bağlıdır.