Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr

    XALQIN ULU ÖNDƏRƏ OLAN MƏHƏBBƏTİ SONSUZDUR

    Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə konkret, məqsədyönlü, uğurlu siyasət aparmış və Azərbaycan vətəndaşları bunun müqabilində firavan həyat sürməkdədirlər. Hələ Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərərkən Azərbaycan xalqına xidmət etmək Heydər Əliyevin amalı, onun ən ümdə vəzifələrindən biri olmuşdur.
    1969-cu ildən, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən Ulu Öndərin işgüzar fəaliyyətinin bəhrələrini Azərbaycan vətəndaşları öz həyatlarında yaxından hiss etmişlər. Bu nailiyyətləri sadalamaqla bitən deyil.
    Şirvan zonasında olan şoran torpaqlarda münbit şərait yaradıldı. Bakı Kondinsionerlər Zavodunun açılmasına görə Ukrayna dövləti 2 il Azərbaycanla incik vəziyyətdə qaldı. Çünki həmin kondinsionerlər zavodu Ukraynada açılmalı idi. Lakin, Ulu Öndərin səyi nəticəsində həmin müəssisə məhz Bakıda açıldı.
    1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi. Ulu Öndər öz xatirələrində bu-nunla bağlı belə qeyd edirdi: “Məni o vaxt SSRİ-nin rəhbərlərindən biri Ponomaryov yanına çağırtdırıb dedi ki, Qarabağda yaşayan ermənilərə ayrıca xüsusi bir status vermək lazımdır”. 2 gün sonra Azərbaycan Konstitusiyası qəbul edilməli idi. Ulu Öndər bu təklifdən dərhal sonra bir günün içərisində Sov.İKP MK-nın Baş Katibi Brejnev ilə görüşüb bu məsələni müsbət həll etdi.
    Ulu Öndərin Azərbaycana prinsipial bağlılığı SSRİ-nin rəhbəri Qorbaçova sərf etmədiyi üçün Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırdı. Bu hadisədən cəmi on beş gün keçməmişdi ki, satqın Qorbaçov Qarabağ problemini təşkil etdi. O vaxtkı Azərbaycan rəhbərləri olan Vəzirov, Mütəllibov bu məsələdə düzgün mövqe tutmadılar. Nəticədə 20 Yanvar hadisələri baş verdi. Yanvar qırğınına sərt reaksiya verən Heydər Əliyev SSRİ hakimiyyətini, Qorbaçovu həmin anda pislədi, günahlandırdı, bir sözlə, Azərbaycana olan sədaqətini nümayiş etdirdi.
    1993-cü ildə Azərbaycanda baş verən vətəndaş müharibəsindən təşvişə düşən AXC-müsavat cütlüyündən ibarət olan Azərbaycan hakimiyyəti yenidən üzlərini israrla xilaskar Heydər Əliyevə tutdular. Onların təkidli xahişi ilə Heydər Əliyev Azərbaycan xalqına olan məhəbbətini nəzərə alıb, Bakıya qayıtdı və xalqımızın ümidini doğruldaraq, müstəqil Azərbaycanımıza Prezident seçildi.
    1993-1998-ci illərdə 2 dəfə keçirilən Prezident seçkilərində qalib olan Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycana sədaqətlə xidmət göstərmişdir. Bunun nəticəsində Azərbaycan nümunəvi demokratik ölkə kimi dünyanın bir çox ölkələrinə örnəkdir.
    Ümumiyyətlə, Heydər Əliyevin həyatına diqqətlə yanaşsaq görərik ki, onun işgüzar, yorulmaq bilməyən fəaliyyəti Azərbaycanın bütün sahələrinə, o cümlədən iqtisadiyyatına, mədəniyyətinə, təhsilinə və sair sahələrinə öz müsbət təsirini göstərmişdir.
    1994-cü ildə, Əsrin Kontraktının gerçəkləşdirildiyi zamanda ölkədə baş verən sui qəsdlər Ulu Öndərin iradəsini sındıra bilməmişdir. Və hətta dövlət çevrilişinə cəhdlər də onun əzmini sarsıda bilməmişdir, əksinə, dövlət çevrilişinin qarşısını aldığı üçün Heydər Əliyev xalqımızın gözündə daha da ucaldı və ona xalqımızın məhəbbəti və güvəni daha da artdı.
    Heydər Əliyevin Azərbaycana ən böyük hədiyyəsi onun siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti olan möhtərəm İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etdi, Azərbaycanın başını dünyada uca etdi. Bəli, Azərbaycan xalqı Heydər Əliyevi özünə Ümummilli Lider seçməklə səhv etməmişdir. Azərbaycan xalqı daima Ulu Öndərimizi xatırlayacaq və onunla qürur hissi keçirəcək.

    İradə Rəfiyeva,
    Tərtər Rayon Statistika İdarəsinin rəis müavini

     

    Müəllif: Redaktor, 13:12

İsmarıclar bağlıdır.