Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Yan

    Ramiz_RövşənRamiz Rövşən

    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Neyləyək, ayrıca şəhərimiz yox.
    Bəlkə də, biz xoşbəxt ola bilərdik,
    Bəlkə də xoşbətik, xəbərimiz yox.
    Aradan nə qədər il keçib görən,
    Tanıya bilmədim, məni bağışla.
    Mən elə bilirdim sənsiz ölərəm,
    Mən sənsiz ölmədim, məni bağışla!
    …Sağımız-solumuz adamla dolu,
    Qol-qola kişilər, qadınlar keçir.
    Özündən xəbərsiz ömründə min yol
    Özünü öldürən adamlar keçir.
    Keçir öz qanına batan adamlar,
    Bir də ki, qan hanı? Qan axı yoxdu…
    Hamı günahkardı dünyada, amma
    Dünyada heç kəsin günahı yoxdu.

    Müəllif: Redaktor, 09:44

    Teqlər:

İsmarıclar bağlıdır.