Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May

    Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, uzun illər xatırla-nırlar. Belə insanlardan biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Ta-rixi Şəcərə cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov)
    Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə, dövrü mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
    Ənvər Çingizoğlunun tarixi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Afşarlar”, Xurşidbanu Natəvan, Nəvval, “Kəminə” adlı televiziya filmləri çəkilib.
    Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. O, regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşrinə ömrünün 30 ilini həsr edib.
    Ənvər Çingizoğlu elmi-tədqiqat fəaliyyətini başlıca olaraq iki istiqamətdə aparıb:
    1.Azərbaycan xalqının soykökünün araşdırılması;
    2.Azərbaycan xanlıqları tarixinin tədqiqi.
    Qazandığı nailiyyətlərə görə ilin “Jurnalist-etnoqrafı” diplomuna layiq görülən Ənvər Çingizoğlu vaxtilə Şuşadan Tərtərə köçüb burada məskunlaşmış insanların soykökünün araşdırılması istiqamətində maraqlı araşdırmalar aparmışdır.
    Aşağıda onun İsfəndiya-rovlar şəcərəsi haqqında topladığı məlumatları oxucularımıza təqdim edirik.
    İsfəndiyarovlar
    Bu soyun ulu babası İsfəndiyardır. İsfəndiyar XIX əsrin önlərində Şuşa şəhərində yaşamışdı. Rüstəm bəy Qasım bəy oğlu Sarıcalı-Cavanşirin rəiyyəti idi.
    İsfəndiyarın Əli, Məmmədqulu adlı oğlanları vardı.
    Əli İsfəndiyar oğlu 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
    Kərbəlayı Əli Əsəd bəy Rüstəm bəy oğlu Sarıcalı-Cavanşirin rəiyyəti idi.
    Kərbəlayı Əlinin Səfər, Hüseynqulu, Həsənqulu, Nəsir adlı oğlanları vardı.
    Onların hamısı o dövr üçün savadlı insanlar olublar, əsas məşğuliyyətləri ticarət idi.
    ****
    İsfəndiyarın ikinci oğlu Məmmədqulu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
    Məmmədqulu Əsəd bəy Rüstəm bəy oğlu Sarıcalı-Cavanşirin rəiyyəti idi.
    Məmmədqulunun Muxtar, Murtuza adlı oğlanları vardı.
    Muxtar Məmmədqulu oğlu İsfəndiyarov 1867-ci ildə Şuşa şəhərində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
    Məşədi Muxtar İsfəndiyarov 1943-cü ildə Mirbəşir (indiki Tərtər) şəhərində vəfat edib.
    Məşədi Muxtar İsfəndiyarov Səkinə ilə ailə qurmuşdu. Xəlil adlı oğlu, Məxmər, Qəmər, Rəna adlı qızları vardı.
    Xəlil Məşədi Muxtar oğlu İsfəndiyarov 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Sonradan Tərtərə köçmüş və burada yaşamışdı.
    Xəlil İsfəndiyarov 1964-cü ildə Tərtərdə vəfat edib.
    Xəlil İsfəndiyarov əvvəlcə Ağca ilə, sonra Səyyarə Məhəmməd qızı ilə ailə qurmuşdu. İkinci nikahdan Vasif, Valeh adlı oğlanları, Həqiqət və Validə adlı qızları var.

     

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.